Azərbaycanın türk dünyasında artan liderliyi: Qırğızıstan səfərinin strateji mesajları
Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və mətbuata verdiyi bəyanatlar Azərbaycan–Qırğızıstan münasibətlərinin mahiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Çolpon-Ata görüşü göstərdi ki, Bakı ilə Bişkek arasındakı əlaqələr artıq təkcə dostluq və strateji tərəfdaşlıq çərçivəsində deyil, ortaq maraqlara, qarşılıqlı etimada və uzunmüddətli siyasi baxışa əsaslanan müttəfiqlik müstəvisində inkişaf edir. Bu səfər eyni zamanda türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşdiyini, ortaq iradənin real layihələr və konkret qərarlarla möhkəmləndiyini bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri səfərin əsas siyasi mesajına çevrildi. Bu, sadəcə diplomatik ifadə deyildi. Dövlət başçısı açıq şəkildə göstərdi ki, müttəfiqlik çətin günlərdə bir-birinin yanında olmaq, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmək, təhlükəsizlik, iqtisadiyyat və regional inkişaf məsələlərində qarşılıqlı dəstəyi təmin etmək deməkdir. Məhz buna görə də Azərbaycan və Qırğızıstan münasibətləri bu gün qarşılıqlı hörmətə söykənən nümunəvi əməkdaşlıq modeli kimi diqqət çəkir.
Səfərin iqtisadi nəticələri də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması tərəflərin iqtisadi əməkdaşlığa strateji yanaşmasının göstəricisidir. Bu qərar yeni istehsal müəssisələrinin........
