menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Samir Abasov yenə küsüb

18 0
15.04.2026

"Neftçi”dən ayrıldıqdan sonra işsiz qalan Samir Abasov sükutu pozub. Güman edirəm ki, evdə oturmaqdan ürəyi sıxılıb. Digər tərəfdən də unudulmaqdan, yaddan çıxmaqdan narahat olub. Ona görə də daşı ətəyindən töküb, efirdə görünməyə razılıq verib. Çoxdandı efirlərdə, saytlarda görmədiyimiz Samir bəy "CBC Sport”un əməkdaşının suallarını cavablandırıb. Özü də söhbət əsnasında bir neçə dəfə minnətlə ehyam vurdu ki, aparıcı xanımın xətrini əziz tutub, ona görə də efirə çıxmağa razılıq verib. Bu məsələdə Abasovun nə dərəcə səmimi olub-olmamasını bir kənara qoyuram. Çünki ən doğrusunu özü bilir və öz vicdanı qarşısında hesabat verəcək.


Samir bəyin "Sumqayıt”da gördüyü işləri xatırlatması, keçmiş klubu haqqında dediyi xoş sözlər xeyli maraqlı idi. Ehtimal etmək çətin deyil ki, hazırda işsiz olan və bu halından heç də məmnunluq duymayan mütəxəssis hər şeyə sıfırdan başlamaq üçün özünə yaxın hədəf........

© Qaynar