menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Gündəmin dirəşməsi – heç cür dəyişmək istəmir

22 0
20.10.2026

İş nə yerdədirsə, iki həftədən çoxdur ölkədə gündəm dəyişmir. Bizdən asılı deyil artıq. Gündəm sözümüzə baxmır, itaətdən, nəzarətdən çıxıb.

Bizdən olsa, Elzanın bir şeiri, müğənni Minanın ərindən boşanması, TƏBİB-in Səhiyyə Nazirliyinə birləşməsi, kənd yumurtasının bahalaşması və sair bu kimi xəbərlər gündəmi dəyişərdi.

Amma olmur, o biri ölkələr imkan vermirlər, öz gündəmləri qalıb qıraqda, bizim gündəmlə əlləşirlər.

Tramp Yaxın Şərqə silahlı qüvvə yığır, deuirlər, İranın gündəmini dəyişəcək, amma İran bunu vecinə almır, Almaniyada anti-Azərbaycan yürüşü təşkil etdirir.

Hələ Təbrizin “Traktor” klubunun Ənzəlidə keçirdiyi deplasman oyununda birdən-birə minlərlə şovinist insan ağzını ayıraraq, xorla anti-Azərbaycan söyüşləri anqırıblar. Yayılan videoda yaramazların nə dedikləri də bir turlu anlaşılmır, nə deyirlərsə, videonu paylaşanlar abırlarına qısılır, səsin yerinə siqnal səsi verirlər – eləcə düüüüüüüüüüüüüüüüüüüüd eşidirsən. O yanda ABŞ-nin........

© Müsavat