Yüz ildə dəyişməyən Qafqazı dəyişə biləcək gün..
Həftə sonu qonşu Ermənistanda (çox çətin olsa da, özümüzü belə deməyə alışdırmalıyıq) parlament seçkiləri bitəcək və bəlkə elə həmin gün axşam, yaxud da ertəsi gün nəticələr elan olunacaqdır.
Belədəsə, başqa ölkələri deyə bilmərəm, amma bizim Qafqazda indi daha çox adam Ermnistanda başa çstmaqda olan seçki prosesinin gedişini izləməkdədir, ona maraq mübaliğəzəsiz demək olar ki, İran-ABŞ-İsrail, Ukrayna-Rusiya savaşına maraqdan az deyildir, çünki bu seçkilərin də nəinki çox ciddi geosiyasi nəticələrinin olacağı təxmin edilir, hətta nüfuzlu uzaq, əcnəbi politoloqlar, hətta yerli, regional siyasi təhlil adamları və mərkəzləri də buna əmindirlər. Ona görə ki, bu prosesin nəticəsi kimi 20-ci əsrin əvvəllərində və sonlarında alınmayan yeni bir Qafqazın yaranacağı istisna olunmur, hətta buna ümid edilir...
Ona görə də beyinlər-şüurlar hələ də keçmişlə indinin arasında vurnuxmaqdadır, o cümlədən bizim adamlar: hələ də insanlar ən yaxın keçmişimizi müzakirə etməkdədi. Amma təəssüf ki, çoxu indi də bəzi obyektiv məqamları-tərəfləri ya görmür, ya da etiraf etmirlər: sanki hər şey çox asanca alına bilərdi, əgər bir - iki nəfər olmasaydı...
O gün də qeyd etmişdim, hələ də çoxu deyir ki, bəs Xalq Cəbhəsi olmasaydı Qarabağ işğal olunmazdı! Razıyıq, çox böyük səhvlər oldu, özü də bəzi kütbeyin, ambisiyasıyla ağılı mütənasib olmayan, tutduqları vəzifəyə qəti uyğun gəlməyən bəzi adamların ucbatından.
Amma qonşu Gürcüstanda Cənubi Osetiyanı, yaxud Abxaziyanı kim “satdı” ruslara? Yoxsa bunu da bədbəxt Qamsaxurdiya və ya silahdaşları etdilər? Kiçik Dnestryanı bölgə kimi bir problemi Moldova hələ də həll edə........
