menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

XİLASKAR və AÇAR ÖLKƏ – Xanım Kallasın səfərinə

25 0
06.05.2026

İtaliyanın baş naziri Corciya Meloninin səfərindən bir gün sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri ölkəmizi hədəfə alan qüvvələrə qarşı tutarlı cavab oldu.

Bu ilin yanvarında Avropa Şurası Parlement Assambleyası sanksiya tətbiq etdiyi Azərbaycana qarşı qərəzli qətnamə qəbul etmişdi. Aprelin 30-da isə Avropa İttifaqı son yarım ildə ölkəmiz əleyhinə sayca ikinci qətnaməsini qəbul etdi. Bu, təkcə 2021-ci ildən bəri 14-cü qətnamə idi. Təsəvvür edin, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra təxminən ilə 3 qətnamə (!!!) qəbul ediblər. Bu, beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə meydan oxumaq, dəyərləri tapdalamaq, terrorizmi, vandalizmi, işğalı stimullaşdırmaqdır! Torpaqlarımız işğal altında olanda 1 milyon azərbaycanlı qaçqın-köçkün, 20 faiz ərazi itkisi, darmadağın edilmiş 300-dən artıq şəhər, qəsəbə, kənd, yer üzündən silinmiş tarixi, mədəniyyət abidələri, talanmış yeraltı, yerüstü sərvətlər, donuz tövləsinə çevrilmiş məscidlər...daha nələrlə bağlı neçə qətnamələri olub bu “gülməşəkər” təşkilatların?! Həm AŞPA-nın, həm də Avropa Parlamentinin qətnamələrinin qayəsində Qarabağ separatçılarının başında dayanan liderlərin azad edilməsi, öz xoşları ilə çıxıb getmiş ermənilərin qaytarılması, yenidən ölkələr və xalqlar arasına nifaq toxumunun salınması dayanır.

Özlərini “demokratik təşkilatlar” adlandıranların belə bir antiinsani, anti-humanist mövqeləri lənətlənməyə layiqdir və Azərbaycan haqlı olaraq o təşkilatlardan məsafə saxlayır. Artıq yenidən tövbə etmələri də nəyisə dəyişməyəcək qənaətindəyik, çünki 2015-ci il böhranından sonra Bakıya gəlib, əfv diləmiş, üzrxahlıq etmişdilər, amma yenə də “val”ı dəyişdilər, mahiyyətləri dəyişmədi.

Azərbaycan dövləti onun maraqlarına hörmət edənlərlə əməkdaşlığını davam etdirəcək, necə ki, son vaxtlar ölkəmizə səfər edənlər qarşılıqlı olaraq bu münasibəti gördülər.

Aprel ayının son günlərində paytaxtımıza səfər edənləri xatırlayaq: Latviya Respublikasının prezidenti Edqars Rinkeviçs, Çexiya Respublikasının baş naziri Andrey Babiş, Ukrayna prezidenti Volodimir Zelenski...Və mayın ilk günlərində İtaliyanın baş naziri xanım Meloninin ardınca Avropa Komissiyasının........

© Müsavat