“Çiçəyi burnunda qalan” oliqarxın Azərbaycana di
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan 7 iyulda yüksək səs faizi əldə edib, parlamentə seçiləcəyini gözləyirdi, amma artıq 20 gündür ki, barəsində seçilən həbsqətimkan tədbirlərin dəyişdiriləcəyini gözləyir. İş adamı və partiya sədrini nəinki parlamentə buraxmadılar, heç ölkədən çıxışına da imkan verməyərək, burnundan vurub, “Zvartnos” hava limanından geriyə qaytardılar, ordan da “dam”a basdılar.
Bu, həmin “müxalifətçi”dir ki, keçirilən əməliyyat zamanı malikanəsindən üç şir və bir pələng, eləcə də 190 doldurulmuş heyvan dərisi, çoxsaylı digər canlılar aşkarlanmışdı. Oliqarxın şirlərini iynə vuraraq, yuxuya verdikdən sonra zərərsizləşdirmişdi əməliyyatçılar. İndi bu, “şirpərvər”, “pələngpərvər” siyasətçi hay-küy salıb ki, onu saxta ittihamlarla həbs ediblər. Bu barədə az sonra...
Belə görünür, Nikol Paşinyan Samvel Karapetyan kimi, digər milyarder rəqibi Karapetyandan da əl çəkən deyil. Vəkil Emin Xaçatryan deyib ki, Tsarukyan haqqında vergidən yayınma maddəsi üzrə yeni açıq cinayət təqibi başladılıb. Sonuncu dəfə Tsarukyana nə az-nə çox, düz 12 saatdan çox davam edən dindirmə məşəqqəti yaşadılıb.
Düzdür, vəkil bu icraatı absurd adlandıraraq iddia edib ki, Tsarukyan hələ 2003-cü ildə parlamentə seçildiyi vaxtdan bütün bizneslərini idarəetməyə təhvil verib. Müdafiəçi Tsarukyanın yeni cinayət təqibinin konyak zavodu ilə bağlı olduğunu deyərək, bunu “siyasi təqib, siyasi təzyiq” adlandırıb. Maraqlısı budur ki, ortada iranlı iş adamları ilə bağlı alış-veriş və fırıldaqçılıq söhbəti də var. Vəkil deyib ki, iranlı qardaşların əvvəllər verdiyi ifadələrlə sonr dedikləri arasında ziddiyyət olub.
Beləliklə, seçkilərdən dərhal sonra həbs edilən Tsarukyan külli miqdarda dələduzluq törətməkdə və çirkli pulların yuyulmasında ittiham olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, iranlı biznesmenlərin dəyəri 21 milyon dollardan çox olan əmlakının mənimsənilməsini təşkil edib. Tsarukyanın vəkilləri isə iddia edirlər ki, əksinə, məhz iranlılar “Çiçəklənən Ermənistan” partiyasının liderinə borcludurlar və bu, borc qəbzləri ilə sübut........
