Əbu-Dabi Zirvəsi, “Sülh Qalxanı – 2026” və “Zaye
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan – 1991-ci ilin 26 dekabrında - ölkələrdəndir. Diplomatik əlaqələrin qurulmasına isə növbəti ilin payızında start verilib və ilkin mərhələdə iki ölkə arasında əlaqələr beynəlxalq qurumlar, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olub.
Amma bu gün Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər özünün zirvə nöqtəsindədir. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın münasibətləri dövlətlərarası əlaqələrdə mühüm rol oynayır. Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslanması ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafı məmnunluq doğurur. Birləşmiş Ərəb Əmirlikləri artıq Azərbaycanın ən yaxın tərəfdaşlarından birinə çevrilib, münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu mənada Azərbaycan Prezidentinin növbəti dəfə BƏƏ paytaxtı Əbu-Dabiyə yüksək səviyyəli səfəri, dövlət başçımıza böyük ehtiramın göstərilməsi dost ölkələr və qardaş xalqlar tərəfindən məmnunluqla qarşılanır.
Azərbaycanın BƏƏ-dəki səfirliyi 2001-ci ildən etibarən fəaliyyətdədir. Eyni zamanda 2012-ci ildən etibarən Dubay şəhərində ölkəmizin Baş Konsulluğu işə başlayıb. Dost ölkənin də Azərbaycanda səfirliyi mövcuddur və bu da qarşılıqlı əlaqələrin inkişafında önəmli rol oynayır.
Eyni zamanda parlamentarası əlaqələr də yüksək səviyyədədir. Milli Məclisdə hələ 1997-ci ildən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Məhz münasibətlərin inkişafı, qarşılıqlı etimad mühitinin olmasına görədir ki, BƏƏ-yə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələb olunmur və vizasız rejim çərçivəsində dost ölkədə 30 gün müddətinə sərbəst qalmaq şansı tanınır.
Azərbaycan Respublikası ilə BƏƏ arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Bu ölkədən Azərbaycana kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Ölkəmizdən isə BƏƏ-yə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac olunur.
Azərbaycan........© Müsavat
