Ana: Şəfqətin, güvənin və kimliyin ilkin mənbəyi
Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;
Ana: Şəfqətin, güvənin və kimliyin ilkin mənbəyi
Uşaqlığın yaddaşında bəzi səs tonları heç vaxt itməz. Hər insanın içində, çox zaman sözlə ifadə edə bilmədiyi bir səda var – ananın səsi. Bu səs çox zaman “yaxşısanmı?”, “acsan?”, “üşüyürsən?” kimi suallardan ibarətdir, amma mahiyyət etibarilə tək bir şeyi deyir: “Mən buradayam.”
Ana – yalnız bioloji əlaqənin deyil, psixoloji sabitliyin, emosional toxunmanın və şəxsiyyətin ilk təməlini qoyan varlıqdır. Biz dünyaya göz açanda əvvəlcə fiziki deyil, emosional doğuluş yaşayırıq. Ana ilə körpə arasındakı bağ, bir çox hallarda uşağın gələcəkdə insanlara olan münasibətini, özünə inamını, stressə qarşı dözümlülüyünü, hətta sevgi və bağlılıq tərzini müəyyənləşdirir.
Psixoloji nəzəriyyələrdə ana-uşaq münasibəti üzərində dayanan saysız yanaşmalar var. Onlardan ən tanınmışı – Bağlanma nəzəriyyəsi – göstərir ki, uşağın ilk illərində anası (və ya əsas baxıcı) ilə qurduğu münasibət onun emosional dayanıqlılığını formalaşdırır. Təhlükəsiz bağlanma yaşayan uşaq, həyatın daha sonrakı mərhələlərində özünü daha rahat ifadə edir, münasibətlərdə sərhədlərini qoruyur və........
