DÜNYAYA 6 :O UDUZAN ADAM
(Yazıçı, ssenarist, kultroloq Hafiz Ataxanlının 60 yaşına)
Adamlar ağaclar kimidi elə, bir- birinə bənzəyir.Elə çiçəklər də, yarpaqlar da.Adamları bir- birindən seçib ayıran xarakteri, xasiyyətidir.Mən onu Sabir müəllimin dostu kimi tanımışdım öncə.Hərdən onun əlindən hirslənib bu adam real dünyada yaşamır elə bil,xəyallarda yaşayır,- deyirdi.Amma onu hədsiz çox istədiyini də bilirdim.Bəlkə də çox istədiyindən ona belə hirslənib, öz – özünə onun qarasınca gileylənirdi, arxasınca asıb- kəsirdi hərdən.Sabir müəllim dünyasını dəyişəndə iki dostunu qarğılar kimi baş – başa verib yana- yana ağlayan gördüm.Onun yoxluğunu bu gün də qəbul etməyən, hər dəfə iş yerinə gələndə yerini boş görüb haldan- hala düşən dostları...
İlk baxışda adama qəribə təsir bağışlayır.Elə danışır elə bilirsən, Sabir müəllimin təbirincə desək, elə bil bu dünyada yaşamır,Yer planetindən xəbəri yoxdur.Çünki məhəlli düşünmür,bəşəri ideyalarla yaşayır.Min il əvvələ gedir,min il geriyə qayıdır.Bu var – gəlin içində onu anlamaq məsələsi bir az qəlizləşir.Söhbət edə- edə yazı yazır, həm də yazdığı sıradan yazı olmur.Yazıları da qəribədi. Obrazları da. Düşürsən izinə, gedirsən, gedirsən görürsən səni hansısa bir tində azdırıb yoxa çıxdılar. Sonra göy üzündən sənə əl edib........
