Azərbaycanla Almaniyadakı futbolun fərqi
Dünən axşam birdən-birə üç klubumuz azarkeşlərini üzdü. "Zirə” ilə "Neftçi” UEFA Konfrans Liqasında mübarizəni dayandırdı. "Qarabağ” isə qatıldığı Avropa Liqasında uğursuzluqla üzləşdi və Sofiyanın ÇSKA klubunu özündən irəli buraxıb, perestijinə görə qitənin ən zəif turniri sayılan Konfrans Liqasının yolunu tutmalı oldu. Çox təəssüf ki, "köhlən atlar”ı orda da asan rəqib gözləmir. İndi əvvəlki səviyyəsindən xeyli uzaq olsa da, Kiyev "Dinamo”su ilə qarşılaşmaların çox çətin keçəcəyi məlum məsələdir.
Bu aqibətlə niyə üzləşdik? Başlayaq elə "Qarabağ”ın özündən. Birinci təsnifat mərhələsi Qurban Qurbanovun komandası üçün əla keçdi. "Köhlən atlar” həm səfərdə, həm də evdə rəqibini üstələdi, səviyyə fərqini ortaya qoya bildi. Amma elə həmin görüşdə də komandada problemlərin olduğu görünürdü. Heyətdəki dəyişikliklər özünü göstərir, yenilərin "Qarabağ”a tam uyğunlaşmadığı hiss olunurdu. Düşünürdük ki,........
