Ramiz Mehdiyevin divanı
Xalqımızın başı dini temalara qarışıb, ancaq sayın hökumətimiz islahatları davam etdirir. Hələlik bu islahatların nəticəsini bilmirik, səsi sonra çıxacaq.
Məsələn, sosial sığortanın 90 faizi fərdi hesablara gedirdi, indən belə 85 faizi gedəcəkdir. O 5 faizi də hökumət öz cibinə qoyacaq və bununla pensiyaların verilməsi təmin olunacaqdır. Bəs hazırda çalışan işçilərin hüquqlarına bu yolla ziyan dəymirmi? Güman edirəm, dəymir. Çünki gələcəkdə pensiya yaşı daha da qaldırılacaq və hazırda çalışanlar ümumiyyətlə pensiyaya çıxmadan öləcəklər. Gör nə qədər gözəl addımdır. Heç kimin ağlına gəlməzdi.
Yaxud, TƏBİB-in Səhiyyə Nazirliyinə tabe olunmağı qərara alındı. Bu da olduqca müsbət qərardır, çünki əhali əslində səhiyyə sahəsində ikihakimiyyətlilik üzündən çaş-baş qalmışdı. Bilmirdik xəstələnəndə hara gedək. 3 variantımız var idi: TƏBİB, SN və molla. Yaxşı olar molla idarəsi də birdəfəlik SN-in tabeliyinə........
