Simonyan da Bakıda ÇAY içmək istəyir – XƏYAL, yo
Bakı və İrəvan arasında sülh quruculuğu çətin də olsa, irəliləyır. Gözlənti belədir ki, Ermənistanda 7 iyun seçkiləri, daha dəqiqi, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi proses güclü stimul verib onu gerdidönməz edəcək. Kremlin ən böyük təlaşı da zatən, bu.
“Mənə dəvət olarsa və münasib fürsət yaranarsa, qonşu ölkəyə Azərbaycana səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm”.
Ermənistan parlamentinin spikeri, deputatlığa namizəd Alen Simonyan dünən belə deyib.
“Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni səfərə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumun işində iştirakdan imtina etdim”, - Simonyan bildirib və əlavə edib ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar.
Bir qədər öncə Baş nazir Nikol Paşinyan iki il ərzində Azərbaycana səfər edə biləcəyini........
