İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Erm
Baş nazirin müavini, Qərbi Azərbaycan doğumlu Şahin Mustafayevin İrəvan səfəri deyəsən, bəzi “daşları” yerindən tərpədib. Görünən budur ki, Ermənistana ilk belə yüksək səviyyəli rəsmi səfər sülh prosesində yeni mərhələ sayılmaqla yanaşı, radikal-revanşist düşərgədə əməllicə təşviş və pərtlik yaradıb. Keçək mətləbə.
Erməni mediasının yazdığından aydın olur ki, Şahin Mustafayevin danışıqlar əsnasında, sadəcə, doğulduğu Cucevan kəndini görmək istəyini izhar eləməsi erməni “ura-patriotları” bərk qəzəbləndirib. Həmin sözlərdə onlar dərhal öz xislətlərinə uyğun “pis məna”, “bəd niyyət” tapıblar.
Məsələn, “Güclü Ermənistan” Partiyasının seçki siyahısının rəhbəri Narek Karapetyan hesab edir ki, “Mustafayevin Cücevan açıqlaması təbliğat xarakterli, siyasi bir addımdır və bununla o, Ermənistanda doğulmuş azərbaycanlıların olduğunu (?! – Z.S.) göstərmək istəyir”.
Özünün Facebook səhifəsində daha sonra o, belə sayıqlayıb: “Bu, 300 min azərbaycanlının Ermənistana köçürülməsi proqramı üçün........
