150 ballıq tələbələr və ayda 10 min avro qazanan
“150 balla universitetə qəbul” mövzusuna bir az uzaqdan, Norveçdən gəlmək lazım oldu.
İki-üç həftə öncə həmin ölkədə yaşayan tanınmış həmvətənlərimizdən biri sosial şəbəkədə özüylə bağlı maraqlı epizoddan bəhs etmişdi. Soydaşımız yazırdı ki, 20 avroya libas alıb, əyninə rahat olmadığı üçün onu dərzidə düzəltdirmək istəyib, 15 gün növbə gözlədikdən sonra 60 avro verərək paltarı öz bədən ölçüsünə uyğunlaşdırıb.
Həmvətənimiz bu detalı qabartmaqla demək istəyirdi ki, Norveçdə, eləcə də digər Avropa ölkələrində dərzilik kimi işlərdə çalışanlar çox azdır, ona görə də insanlar onların “qəbuluna düşmək” üçün növbə gözləyir və adi bir xidmət üçün bir ətək pul verməli olurlar. Alternativləri yoxdur.
Başqa sözlə, müasir avropalılar belə işlərdə çalışmağı özlərinə yaraşdırmırlar, ona görə də bu “qara işlər”də üçüncü dünya ölkələrindən gələnlər, miqrantlar işləyir.
İndi hesablayaq, bir dərzi qadının 15 gün sonraya belə növbəsini gözləyən varsa və o, həftədə 5 gün, gün ərzində isə 7 saat çalışaraq, 10-15 müştəriyə xidmət göstərirsə və çəkdiyi zəhmətə görə hərəsindən ortalama 40-50 avro əməkhaqqı alırsa, onun aylıq qazancı nə qədər olur. Təvazökar hesablama........
