menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Ey könül mülkünün BALI Lənkəran” – səfər qeydlə

21 0
11.09.2026

Mediaturların ən faydalı yanı odur ki, jurnalistlər ölkə daxilində heç vaxt getmədikləri, bəlkə də heç zaman getməyəcəkləri rayonlara, xüsusilə də onların diqqətəşayan yerlərinə səfərlər edir, təəssüratlarını, gördüklərini, düşünccələrini çəkir, yazır, yayırlar.

Lənkəranda heç vaxt olmamışdım. Dəvətlər vardı, amma reallaşdırmaq olmurdu. Nəhayət, Dövlət Turizm Agentliyinin təşkilatçılığı sayəsində güzarım ölkəmizin bu dilbər guşəsinə də düşdü.

Xəzəri bəri keçib gözəllik görənlər

Zatən, Lənkəranı uzun-uzadı vəsf etməyə gərək yoxdur. Cənub mahalının, Talış dağlarının gözəlliyi, füsunkarlığı dillər əzbəridir. Yaşıl rayonlardandır Lənkəran, üz ağardan turizm mərkəzlərindən biridir və təkcə yerli adamların, yaxın rayonların və paytaxtın sakinlərinin sevimli istirahət yeri deyil, artıq xarici turistlərin də könül qondurduğu yerdir.

5 ulduzlu “Lankaran sprinqs” otelinin foyesində həmin əcnəbi turistlərdən bir xeylisini gördük. Bunlar əsasən Qazaxıstan və Özbəkistandan gələnlər idi. Xüsusilə də Xəzərin o tayındakı Aktau şəhərindən olanlar çox idi. Onlar üçün Lənkərana gəlmək çətin deyil. Aktaudan Bakıya təyyarə ilə 45 dəqiqəlik məsafədir – minirlər, enirlər. Ordan da 2-3 saata Lənkərana çatırlar, gözləri meşəli dağlar, çaylı, göllü dərələr görür. Qonaqlar yerli təamlardan dadır, razı qalırlar. Bir çoxları təmiz Lənkəran çayını bir az baha qiymətinə baxmayaraq, alıb aparır, hətta sonradan buradakı tanışlarına zəng edib onlara yenidən çay göndərilməsini xahiç edirlər. Almatı şəhərindən gəlmiş bir nənə isə otelin restoranında verilən şan balının eynisini haradan tapa biləcəyini və onu qablaşdıraraq Almatıya necə aparacağını soruşurdu. Belə........

© Müsavat