Futbol şövqü:Bloxinin müdhiş proqnozu, Polun seç
Azarkeşlər builki mundialdan narazıdır, deyirlər, ləzzət eləmir, oyunların çoxu gecəyarısı və səhər o başdan, saat 2-3-də və 5-6-da olur, ona da yuxuya haram qatıb baxmaq olmur.
Düz deyirlər. Sırf bu səbəbdən bu regionda, eləcə də Avropada yaşayan futbol azarkeşlərinin günü qaradır, yarıdan çoxu dörd il boyunca gözlədikləri futbol şölənini seyr edə bilmir. Hətta Ramazan ayında 30 gün ard-arda sahura qalxmış, imsak yemiş bir futbol fanatiki dost var, o da deyir, qalxa bilmirəm.
Belə aydın olur ki, qardaşın dini fanatizmi futbol fanatizmindən ötədir. Nə də olmasa, Haiti-Şotlandiya matçına baxmamaq çiynimizdəki mələklər tərəfindən günah dəftərinə yazılmaz. O birisi (oruc tutmamaq) isə, ptinsipcə, yazıla bilər.
Əslində axşam saat 23-də translyasiya edilən matçlar da ləzzət eləmir. Oyun gedən meydançanın yarısına gün düşür, yarısı kölgə olur, görüntünün estetikası pozulur. Amma nə edəsən?
Bu məsələdə özbək qardaşların bəxti gətirib. Onlar öz milli komandalarının mundialdakı oyunlarına normal vaxtda baxa biləcəklər – bəziləri gecə saat 1-ə düşəcək, bəziləri də gündüz saat 9-a, 10-a.........
