10 milyona qarşı 5 min nəfər?..
Əvvəlcə sizi güldürməkçün bir sovet lətifəsini xatırladacam. İlk vyetnamlı kosmonavt Yerə qayıdandan sonra ondan təəssüratlarını soruşurlar. Deyəndə ki, bəs barmaqlarım ağrıyır, jurnalistlər çox təəccüblənirlər ki, nə məsələdir? Vyetnamlı kosmonavt deyir ki: “Hara əlimi uzadırdım, üstündən vururdular ki, toxunma!”...Gəlim məsələnin kökünə: 10 milyon nədir, 5 min nə? Çox da narahat olmayın, heç bir konspirologiya – filan yoxdur, 10 milyon əhalimizin sayıdır, 5 minsə son vaxtlarda aparıcı saytlardan birindəki bir yazıma “giriş”lərin sayıdır.O ki qaldı vyetnamlı jurnalist haqqında lətifəyə, özümü daim bu vəziyyətdə hiss etmişəm, hara əl uzatmışam, vurublar ki, toxunma! Yenə sağ olsun bir-iki sayt, xüsusən də bu saytımız ki, imkan daxilində mənim kimilərə də yazmağa şərait yaradırlar. Doğrusu, heç vaxt jurnalistlərdən gileyim-incikliyim olmayıb, sağ olsunlar, həmişə qiymətləndiriblər (təəssüf, daha çox mənəvi formada!), amma son illərdə bəzi mövzularla bağlı hərdən yazılarmı qaytarıblar və hətta utana-utana deyiblər ki, verə bilməyəcəyik. Həmin yazılar da son nəticədə yenə də elə bu saytda gedib. Bunu niyə deyirəm? Çox təəssüf, insanlarımızın bəzisi indi bu saytdan gileylənirlər, amma məncə, haqlı deyillər: odu söndürüb, közlə-küllə oynamaq da mənasız işdir...Yenə də qayıdıram həmin 10 milyon, 5 min söhbətinə. Mən heç kimi kiməsə qarşı “cihada” çağırmıram, səfərbər etmirəm, ən azı ona görə ki, elə siyasi probemlər var ki, onlar hətta inqilablarla da həll olunmmur: tarixboyu dünyada çox prosesləri süni şəkildə, eləcə inqilablarla sürətləndirməyə çalışıblar. Amma nə alınıb? Böyük Fransa inqilabından sonra əvvəl general Bonapart gəldi hakimiyyətə, sonrasa kral özü!.. Sözsüz ki, daha çox keçmiş-klassik nümunədir bu: belədəsə, əgər imkanınız varsa, evinizdə hamınız divara yazıb yapışdırın ki, İNDİ 21-Cİ ƏSRDİR!İnanmazsınız, həm də başqa tərəfə yozmayın, “perestroyka” vaxtı bir ziyalımız mənə danışırdı ki, Leninin şəklini mənzilində vanna otağının divarına vurubmuş, hər səhər əlini-üzünü yuyanda ona tüpürürmüş! Bəlkə də inanmayacaqsınız ki, yəni bizdə də belə bir şey olardı? Amma adam heç bir siyasi,........
