menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Bizim həkimimiz Ramizdir” - Mahir Qabiloğlu

39 0
25.09.2026

Əməkdar həkim, istefada olan tibb xidməti polkovniki, tibb üzrə fəlsəfə doktoru, DİN Hospitalının sabiq rəisi, yazıçı Ramiz Əkbərin 70 yaşı tamam olur. Yazıçı-jurnalist Mahir Qabiloğlunun Ramiz Əkbər haqqında illər əvvəl - 60 illiyində qələmə aldığı yazını təqdim edirik: ***

Mən polis deyiləm. Çox heyf. İndiki ağlım onda olsaydı milis orqanlarında işə düzələrdim. Özü də ki, ehtiyatda olan zabit – leytenantam. İndi azı-azı polkovnik-leytenant idim. Bəlkə də istefaya, ya da ehtiyata çıxmışdım. İndi deyəcəksiniz ki, “ay Mahir, səndən polis olar? Sən cinayətkar yaxalayansan? Bunun üçün xüsusi bacarıq, qabiliyyət lazımdır. Polis Akademiyasını bitirməyin vacibdir”. Niyə ki? Polis sisteminin  də sakit, dinc sahələri var: pasport-qeydiyyat, kadrlar  şöbələri, dəftərxana və sairə. Bu sistemdə lap filoloqa da ehtiyac var. “Polis” qəzetində,  nazirliyin mətbuat xidmətində.

İndi deyəcəksiniz ki, 50 yaşında Mahir yeni planlar üzərində işləməkdən, köhnə arzularını yada salıb heyfslənir. Qatar isə çoxdan ötüb, gedib. Son vaqonun qırmızı işıqları görünür. 50 yaşında insan nədir, beton da yumşalmağa start verir.

 Yox. Bir sual da meydana çıxır ki,  axı bu ixtisas seçimi niyə indi Mahirin yadına düşüb? Əlbəttə ki, səbəbi var. Səbəbsiz heç nə olmur. Daha doğrusu bir əlamətdar hadisə bu yazını yazmağıma səbəb oldu. Oxuyub bitirəndən sonra çox uzaqdan mətləbə gəldiyimi deyəcəksiniz.  Qınamayın məni. Məcbur idim. Sonradan danlaq yeməmək üçün. Çünki səbəbkar məni publisist, yazıçı, tərcüməçi kimi tanımır. Yox, yumşaq dedim. Sadəcə qəbul etmir.

HOSPİTALLA İLK TANIŞLIQ

Hospital sözünə müharibə haqda yazılan kitablarda, çəkilən filmlərində rast gəlmişdim. Sonralar isə əsgəri xidmətdə bildim ki, bizim Sərhəd Qoşunlarının Bakıda hospitalı var. Ora düşən “keyf edir”. Əlbəttə ki, özünü xəstəliyə vura bilsən. İki il əsgərlik dövründə bu “xoşbəxtlik” mənə qismət olmadı. Nə doğurçu xəstələnə bildim, nə də yalançı. Komandirə desəydin ki, qızdırmam var... onda vay halına. 2-3 kilometr qaçırdırdı. Yaxşıca tərləyərdin. Olan-olmayan qızdırman da həmən yox olurdu. Başqa bir səbəb isə tapmaq mümkün deyildi. Çünki Sərhəd Qoşunlarına yalnız sağlam gəncləri götürürdülər. Qol-qıçın sınmağını, sərhədozucusundan güllə yarası almağı isə heç kim arzulamaz. Beləcə mənim hərbi hospital görmək, hospitalın xidmətlərindən “yararlanmaq” arzum ürəyimdə qaldı.

Əsgərlikdən qayıtdım. Yenidən Yazıçıların Poliklinakasında qeydiyyata düşdüm. Nəhayət, 21 yaşında evləndim. Demə bu poliklinikanın belə qaydaları da var imiş ki, evlənən kimi qeydiyyatdan çıxarırlar. Ərazi üzrə şəhər poliklinikasına “uçot”a düşməlisən. Əlbəttə ki, bu rəsmi qaydalar idi. Qabilin oğluna qapılar açıq idi. Çünki o həkimlərin gözü qabağında böyümüşdüm. 21 yaşlı ailəli mən isə heç bir qeydiyyata düşmədim. Sovet hökuməti dağılırdı. İşdən bülleten də tələb etmirdilər. Heç xəstələnmirdim də... Xəstələnmək sərf etmirdi də... Özəl yolla çörəkpulu qazanırdım. Özüm özümün müdiri idim. Bir də ki, həyat yoldaşım həkim idi. Düzdür, uşaq həkimi idi. Amma soyuqdəyməni sağaltmağa, qızdırmanı salmağa və ya iynə vurmağa elə adi tibbi biliklər də yetərli idi.

Atamın qəribə xasiyyəti vardı. Bir məclisə düşəndə, müxtəlif sənət sahibləriylə həmsöhbət olanda cürbəcür suallar verərdi. Bu sualların cavabından şeirlər də yaranırdı. Yardımlıya gedəndə isə tibbi suallar aktuallaşırdı. Çünki bir vaxt şagirdləri olmuş Zeyni Adiyev və Şahbaz Əkbərov Yardımlının loğmanı idilər. Onlara “Doktor Zeyni, doktor Şahbaz” adlı yeddi bəndlik şeir də həsr etmişdi.

Mən lap cavan, siz lap uşaq... Geri dönək, geri uçaq... Zəng səsləri... tanış avaz... “Çapayev”i əzbər desin Doktor Zeyni, doktor Şahbaz!

Doktor Şahbaz atamın gənclik dostu, sonra isə qudası olan Fəzail Əkbərovun qardaşı idi. Oğlu Ramiz Əkbərov həkimliyi bitirmişdi. Sonradan bu “sual-cavab”a o da cəlb olundu. Yetkin bir həkim-cərrah, uroloq kimi. Ramizlə artıq yeznə-qayın idik. Yardımlılar da yeznəni çox istəyərlər. Yeznə pis olsa belə dözərlər. Yeznə sözünün o zonada tərifi də var – “Məhv edilməsi mümkün olmayan düşmənə yeznə deyilir”.

Bilirdim ki, Ramiz Nəriman........

© Modern.az