Tramp, Epşteyn, Putin - Gizli üçbucağın üç bucağı
Senator Şeldon Uaythaus (Sheldon Whitehouse, d. 1955) son illərdə Vaşinqton siyasətində korrupsiya və “qaranlıq maliyyə” maxinasiyalarının ən sərt tənqidçilərindən biri kimi tanınır. Onun çıxışlarının mərkəzində qlobal maliyyə şəbəkələri, oliqarx kapitalının siyasətə təsiri və demokratik institutların bu təsir qarşısında nə qədər həssas olduğu dayanır. Bəzən mediada “beynəlxalq cinayət çətəsini ifşa etdi” kimi ifadələr işlədilsə də, məsələnin mahiyyəti daha mürəkkəbdir. Uaythaus daha çox konkret bir mafiyanı ifşa etməkdən deyil, qlobal maliyyə-korrupsiya ekosisteminin necə işlədiyini göstərməyə çalışan siyasətçilərdən biridir.
Əfsanəvi Yel universiteti məzunu, keçmiş Federal prokuror, keçmiş Baş prokuror, Demokrat partiyalı senatorun tez-tez dilə gətirdiyi mövzulardan biri ABŞ və Avropa maliyyə sistemində bəzi hüquq firmaları, lobbi şirkətləri və maliyyə vasitəçilərinin avtoritar ölkələrin oliqarx kapitalına xidmət etməsi ehtimallarıdır. Onun fikrincə, bu strukturlar bəzən korrupsiya pullarının Qərb maliyyə sisteminə daxil olmasında vasitəçi rolunu oynayır. Uaythaus bu fenomeni izah edərkən tez-tez “qlobal kleptokratiya şəbəkəsi” anlayışından istifadə edir. Bu termin dövlət və biznes elitalarının böyük pulları ofşor........
