Kütlədən qaçaq, təhsilə qaçaq - Elşad Eyvazlı YAZIR
Sovet dövrü insanları kütlə etməyə hesablanmışdı.
Yadımdadır…
Bizə məktəbdə Arazı “bizi bölən çay” kimi öyrədirdilər.
Ağrı dağını sadəcə “o biri tərəfdə türklər yaşayır” kimi öyrədirdilər,
İtirdiklərimizi az qala “qəhrəmanlığımız” kimi öyrədirdilər.
Babəki, Koroğlunu, Şah İsmayılı milləti ağ günə çıxaranlar kimi öyrədirdilər...
Bir də bütün dərdlərimizə ağlamağı, sızlamağı öyrədirdilər.
Kütləyə qəhrəmanlığı deyil, göz yaşını sevdirirdilər.
Arazı keçmək ağlımıza gəlmirdi,
Ağrı dağının o tərəfindəkiləri hiss etmirdik,
Tariximizi anlamaqdansa, göz yaşımızdan həzz alırdıq.
O zaman sovet dövrü idi,
İndi müstəqilliyimizi bərpa etmişik.
Amma mənzərə çox kədərlidi.
Hələ də kütlə düşüncəsini geridə qoya bilmirik.
Ərazi bütövlüyümüzü bərpa etmişik.
Xankəndini, Şuşanı, Kəlbəcəri azad etmişik.
Zəngəzur dəhlizini dəlib keçirik.
Biz neçə yüzilliklər edə bilmədiklərimizi bacarmışıq.
Demək ki, kütlə........
© Modern.az
