menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

«100 İLİN İMZASI» - VAQİF YUSİFLİ yazır

21 0
09.04.2026

Ömrüm uzunu ən böyük arzularımdan biri Ulu Öndər Heydər Əliyevi görmək, bir möcüzə belə olsa, onun qarşısında öz ürək sözlərimi söyləmək olub. XX əsrin dünya tarixində şərəfli bir yer tutan bu dahi insan mənim üçün ilk növbədə böyük Azərbaycanın simvolu, rəmzi olan ŞƏXSİYYƏT idi.Mən bu arzuma 1997-ci ildə çatdım.

Azərbaycan yazıçılarının X qurultayından bir gün öncə, oktyabr ayının sonuncu günündə Ulu Öndərin ədəbi gəncliyin nümayəndələri ilə görüşü oldu. Ədəbi gənclik və onların problemləri ilə bağlı bir sıra məqalələrlə mətbuatda çıxış etdiyimə görə Mədəniyyət nazirliyi və Yazıçılar Birliyi mənə tapşırmışdılar ki, Ulu Öndərin qarşısında bu mövzuda məruzə edim. Yəni müasir ədəbi gənclik və onların yaradıcılığı barədə fikir söyləyim. Ulu Öndər çox mənalı bir giriş sözü söylədi, sonra Anar müəllim sözü mənə verdi.

Ömrümün ən həyəcanlı çağı başladı. Hiss elədim ki, Ulu Öndər diqqətlə mənə qulaq asır. Arada mənə suallar da verdi. Və çıxışımın sonunda ondan tərif də eşitdim. Bu, mənim həyatımda ən böyük unudulmaz bir gün idi. 2003-cü ildə «Azərbaycan» jurnalının səksən illiyi münasibətilə  Ulu Öndərin imzası ilə təltif olunanlar arasında mən də var idim-«Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görüldüm.

  Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin həyatı, onun çoxillik ictimai-siyasi və dövlətçilik fəaliyyəti, Şəxsiyyəti barədə çoxlu əsərlər yazılıb.Dünyanın tanınmış liderləri, sənət adamları, alimlər, şairlər Heydər Əliyevin qeyri-adi şəxsiyyətinə hörmət və ehtiramla elə fikirlər söyləmişlər ki, bunları oxuyanda bəyük qürur hissi keçirirsən. Ancaq mən bunların heç birini yada salmaq istəmirəm, Yalnız böyük qazax yazıçısı Oljes Süleymenovun bir fikrini xatırlamaq istəyirəm: «Heydər  Əliyev dahi şəxsiyyətdir, dahilər isə az-az doğulurlar».

 Şair-publisist Gülşən Behbud Ulu Öndərin anadan olmasının 100-cü ilində-Heydər Əliyev ilində  «100 ilin  imzası» adlı çox maraqlı bir kitab nəşr etdirib. Üstündən ü çilə yaxın bir vaxt keçib, amma bu kitab mənim fikrimcə, son illərdə Heydər Əliyev haqqında yazılan kitablar sırasında xüsusilə seçilir.

 Kitabda Heydər Əliyevin canlı və canlı olduğu qədər də parlaq obrazı yaradılmışdır. O, elə bir şəxsiyyət idi ki, bu şəxsiyyəti yalnız bir aspektdə izləmək qeyri-mümkündür. Çünki Heydər Əliyev şəxsiyyətində həm siyasət aləminin dünyaca məhşur olan bir korifeyi, həm öz xalqının əsrlərdən bəri ən gözəl keyfiyyətlərini özündə əks etdirən və «Mən fəxr edirəm ki, azərbaycanlıyam» deyən  bir millət babası, həm yaradıcı, qurucu rəhbər kimi fəaliyyəti- müstəqil Azərbaycan ideyasını gerçəkləşdirən liderliyi, həm də bir Ustad kimi siyasətdə də, diplomatiyada da, azərbaycançılığında da  özündən sonra ənənə yaratması…bütün bunlar onun şəxsiyyətinin bir-birindən ayrılmaz hissələridir.

 Gülşən Behmud ilk növbədə Heydər Əliyevi  əsrin siyasətçisi kimi təqdim edir:........

© Ədalət