Bizə hansısa ayətullah lazımdırmı?..
Deyilənə görə, İranın dini lideri Seyid Əli Xamenei dünyasını dəyişəndə bizim Azərbaycanda da ona dərhal "Yasin” oxutduranlar olub. Yox, əsla mürdəşir-filan deyilik ki, "aha, daha bir ölü də var, qazancımız olacaq!” deyək.
Bizi bir azca fərqli sual düşündürür: görən, həm də Seyid Əli Xameneinin sayəsində dünyasını dəyişən etirazçılara kim "Yasin” və yaxud da rəhmət oxuyacaq? Axı onlar da az deyildi, minlərlə idi...
Nə isə! Bu da artıq keçmişdir. Amma hələ nataman, ona görə ki, mühairbə gedir və məlum deyil, İranın tarixi yeni səhifədən başlayacaq, yoxsa köhnə səhifənin davamı olacaqdır?
Hiss olunur ki, "yuxarı”da heç kim "təzə səhifə”, ciddi dəyişiklik haqqında düşünmür. Hətta belə düşünən varsa da bunu gizlin saxlayır, demir, çünki ehtiyat edir.
İranın ruhani hakimiyyəti bu səbəbdən "köhnə səhifə”nin davamını yazmağa qərar verdi, özünün növbəti dini liderini seçdi və bu da bizim keçmiş Seyidin oğlu Müctəba oldu ki, bunun özü də çox maraqlı bir detaldır. Niyə görəsə, axır vaxtlar hər yerdə "ata-oğul tandeminə” daha çox təsadüf olunur: bəlkə qonşu İran da islam respublikasından daha çox keçmiş xilafətə çevirlib və xəbərimiz yox?
Belədə isə Müctəbanın hakimiyyətə gəlişi bizi qəti hansısa formada məşğul etmədi, ona görə ki, ağlımızdan fikir keçdi ki, bəlkə o, İranın sonuncu dini lideri........
