menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

20 Sentyabr: Dörd şəhərin taleyində yazılan Böyük Qayıdış dastanı

35 0
18.09.2026

Bir millətin tarixində bəzi günlər var ki, xalqın yaddaşına, dövlətin taleyinə, gələcəyin ümidlərinə çevrilir. 20 Sentyabr da Azərbaycan üçün belə tarixlərdəndir. Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin tarixi taleyini, Azərbaycanın Qarabağda dövlət suverenliyinin və milli iradəsinin bərpasını, torpaqlarımıza qayıdışın yeni mərhələsini özündə birləşdirən əlamətdar gün kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilir. Bu qərarın arxasında sadəcə bir inzibati akt deyil, üç onillikdən artıq davam edən ağır tarix, itkilər, həsrət və nəhayət, Zəfərlə nəticələnən mübarizə dayanır.

Bu dörd şəhərin adı Azərbaycan tarixində həm ağrının, həm də qürurun ünvanıdır. Xankəndi Qarabağın siyasi və mədəni simvollarından biri, Xocalı xalqımızın yaddaşında sağalmaz faciənin adı, Xocavənd qədim tariximizin və mədəni irsimizin izlərini yaşadan məkan, Ağdərə isə təbii sərvətləri, strateji mövqeyi və qədim yaşayış məskənləri ilə seçilən diyardır. Uzun illər bu şəhərlərin üzərində Azərbaycan bayrağının görünməməsi yalnız ərazi itkisi deyildi. Bu, milli yaddaşa vurulmuş ağır zərbə idi.

Lakin Azərbaycan heç zaman bu reallıqla barışmadı. İşğal illərində torpaqların azad olunacağına inam xalqın yaddaşında yaşadı, dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi həmin inamı tarixi gerçəyə çevirdi. Şuşanın azad olunması ilə Azərbaycanın hərbi-siyasi üstünlüyü qəti şəkildə ortaya çıxdı və düşmənin kapitulyasiyası ilə müharibənin taleyi həll edildi.

Prezident İlham Əliyevin Xankəndidəki çıxışında söylədiyi sözlər bu tarixi yolun mahiyyətini olduqca dəqiq ifadə edir: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.” Dövlət başçısı həmin çıxışında 20 il əvvəl xalq qarşısında verdiyi vədi xatırladaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını və........

© Qaynar