menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Küləyə cinayət işi

20 0
11.09.2026

Nə gizlədim, ilk açıqlamaları oxuyanda fikirləşirdim Şəkidə 2 nəfərin öldüyü kanat asılqanı ilə bağlı ümumiyyətlə cinayət işi açılmayacaqdır. Ancaq indi sayın baş prokurorluqdan bəyanat gəlibdir, deyir açmışıq.

Qənaətimin səbəblərini oxuculara da göstərirəm. İlk növbədə, həmin “Şəki yaylası” adlı faciəvi obyektin direktorunun açıqlaması əcaib idi. Deyir “milyonda bir olan hadisədir, güclü külək var idi, hava şəraiti pis idi və sairə”.

Yəni, lazımdırsa küləyə cinayət işi açın, bizlik nə var? Adam heç utanmır, lap hesab edək külək varmış. Bəs sənin ağlın harda idi, o küləkdə obyekti işlədərkən? Ağlınızı da külək aparmışdı?

İkincisi, FHN-nin “o cür qurğulara biz baxmırıq” açıqlaması, yumşaq yazsam, qəribə idi. Necə baxmırsınız? Camaat adi dönər köşkü qoyanda belə sizdən təhlkəsizlik sənədi alır, orda isə eşşək boyda kanat çəkib, dağdan dağa uçurmuşlar.

Elə obyekt direktorunun açıqlamasındakı “bütün təhlükəsizlik yoxlamalarından keçmişik” cümləsi də böyük........

© Müsavat