menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kosmik eşşək arabası

24 0
15.07.2026

İlbər Ortaylının bir çıxışı qarşıma çıxmışdı, orda deyirdi ki, uşaqları buyurmaq, əməyə öyrəşdirmək lazımdır, əks halda böyüyəndə fərasətsiz, bacarıqsız olur, çətinliklərə dözmürlər. Yəqin bunu xalqlara da aid eləmək olar. Bəzən bütöv xalq da rəhbərliyinin əziyyətinə arxayınlaşır, yeyib-yatır, sonra yüngülvari problem çıxanda girinc qalırlar.

Məsələn, bu gün qəzetimizdə çox maraqlı xəbər var idi, deyir, Zirə qəsəbəsində zibili eşşək arabasıyla daşıyırlar, camaat narazılıq edir. Həm eşşəyə zülüm olurmuş, həm sanitar-gigiyena qaydaları pozulurmuş. Millət sual edirmiş ki, hanı zibildaşıyan texnikalara verilən vəsait, niyə yaşlı insanlar bu işdə çalışır və sairə.

Xəbəri oxuyan anda Molla Nəsrəddini xatırladım. Tam bu Zirə əhvalatının bədii həlli olan lətifədə deyilir ki, Molla Nəsrəddin oğlunu yanına salıb eşşəklə gedirmiş. Yoldan keçənlər bunu görüb deyir: “Buna bax, o boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır!” Molla eşşəkdən düşür, uşağı mindirir. Yol qırağındakılar bunu görüb lağ eləyirlər: “Ağsaqqal........

© Müsavat