menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Biləcəridə Tramp stansiyası

20 0
03.09.2026

Diqqətli oxucuların yadında olar, bu ilin 8 aprelindəki köşə yazımda mən Hörmüz boğazının adının dəyişdirilib Tramp boğazı qoyulmasının vacibliyini bəyan etmişdim. Hətta yazının adı da elə “Tramp boğazı” idi, kim şübhə edirsə saytda tapıb oxusun. Dünən artıq bu istiqamətdə addımlar atılmasına başlanılıb: ABŞ prezidenti Donald müəllim yüksək təvazökarlıqla təklif edib ki, Hörmüzün adı Trampa çevrilsə məqsədəuyğun olardı. Dünyada belə şeylərin dəbə minməsi, yaxud, müasir leksika ilə yazsam, trendə çevrilməsi maraqlıdır. Kimin kefi istəsə toponimləri dəyişir. Məsələn, Tramp Ontario gölünün adını da Amerika eləyib, sanki səyyah Ameriqo Vespuççinin adı matah imiş. “Amerikadakı Amerika gölü” – bəli, çox orijinal səslənir... Hələ Meksika körfəzinin də adını Amerika qoyub! Yaxşı olar orda bütün yer-yurd adlarını Amerika eləsin.

Bu cür adqoyma ənənələrinin bizdəki örnəkləri də maraqlıdır. Görədillə Fatmayı arasında uzun və təzə salınmış bir küçə var, adı belədir: “Aşıq Humay küçəsi”. Bu kimdir, Google-da axtardım, sən demə 1800 neçəncisə ildə Daşkəsəndə doğulan və........

© Müsavat