menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Baqqalavar görüşləri

34 0
13.09.2026

Dövlət Məşğulluq Agentliyi bir dəfə uca millətimizi məyusluğa qərq edən statistika açıqlamışdı: məlum olurdu ki, 2018-2023-cü illər arasında universitet məzunlarımıza ən çox iş verən təşkilat... “Araz Supermarket”lər şəbəkəsidir. 1203 nəfər ali təhsilli mütəxəssis orda çalışmağa başlamışdır. Hansı vəzifələrdə, bunu ta özünüz düşünün. 

Ümumilikdə, ilk 10-luqda qalanlarının da çoxu elə dükan-bazar işləri idi. Sayın bakalavrlarımız “Kontakt” (557 nəfər), “Makdonalds” (503), “Oba” (496), “Rahat” (492), “Bravo” (487) kimi obyektlərdə çalışırmış. Yəqin “bakalavr” sözünü “baqqalavar” kimi dəyişməliyik.

Necə deyərlər, buna da şükür, çünki DMA-nın hesabatı qəmli rəqəmlərlə bol idi. Həmin 5 il ərzində universitet məzunlarımızın ümumi sayı 121 min olmuşdu, onların cəmi 71 mini iş tapmışdı, iş tapanların isə 58 faizinin maaşı 400 manatdan........

© Müsavat