Allahın böyürtkəni haqda
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar həmişə jurnalistləri qınayardı ki, niyə elə hamınız bizdən yazırsınız, başqa yaradıcılıq birlikləri də vardır. Həqiqətən, bu işdə bir ədalətsizlik formalaşmışdı, dünya birliyi isə buna susurdu. Manısların, rəssamların, köşə yazarlarının – bizdə hər cür sənət adamının ittifaqı vardır. Dövlət tərəfindən yaradılmış həmin ittifaqlar xalqımızın ümumi ittifaqına, birliyinə xidmət edir. Axı əvvəlcədən bilinməlidir kimə medal verməliyik, kimə təqaüd düşür, hansı artistə ev, hansı muzıkanta fleyta alınmalıdır və sairə. Bu işlər mütləq dövlət təminatı altında olmalıdır. Yəni, burada hansısa pis niyyət, məqsəd güdülmür. Əslində bizdə ümumiyyətlə pis məqsədlər olmur, ancaq bu başqa mövzudur.
Nəhayət, son dövrlər kino ittifaqında da qalmaqallar başlamışdı, Anar müəllim, ehtimal edirəm, prosesi izləyərək qəlyanaltı qımışırdı. Kinoçəkənlər qurultay edərək 51 yaşlı Əli İsa Cabbarovu sədr qoymuşdular. Xeyli artist bundan narazı........
