Vardanyana verilən layiqli “mükafat” – Qordon Nİ
Azərbaycan türməsində layiq olduğu cəzanı çəkən erməni maliyyə fırıldaqçısı və cinayətkar Ruben Vardanyan az öncə Vatslav Havel adına İnsan Hüquqları Mükafatına namizəd irəli sürülüb. Avropalı bir qrup dələduzun korrupsiya “qoxusu” verən bu təşəbbüsü, sözsüz ki, hər şeydən əvvəl təməl insan haqları anlayışının özünə tüpürməkdir. Vardanyan vicdan məhbusu sayılırsa, onda biz də gərək kosmonavt hesab edilək.
Ukraynalı tanınmış jurnalist Dmitri Qordonun bu xüsusda baxışı da maraqlıdır. Qordon kinayə ilə görün nə deyib. Sitat: “Ruben Vardanyan üçün hansı Havel mükafatından danışırıq? Mükafatı dərhal Putinə verin, Vardanyana yox” (Təbii ki, Qordon Rusiyanın 5 ildir Ukraynada törətdiyi hərbi cinayətlərə və mükafatın gözdən salınması cəhdlərinə eyham vurur)...
Yada salaq: vaxtilə Rusiya vətəndaşlığı daşımış Ruben Vardanyanı Qarabağa qanunsuz şəkildə məhz Putin göndərmişdi. Bir növ “desant” qismində. Məqsəd 2-ci Qarabağ müharibəsindən sonra oyuncaq rejimə Rusiya hərbi........
