Erməni axçinin Bakı türməsindən CANLI “reportajı
Bu ilin fevralında Bakı Hərbi Məhkəməsində layiqli və uzunmüddətli cəzalara məhkum edilən 15 erməni cinayətkarla bağlı Azərbaycan düşmənlərinin isterikası bitmir. Təəssüf ki, sonuncuların daha bir qrupu ABŞ Konqresində yuva salıb – təbii ki, Amerika erməni lobbisinin çirki pulları hesabına. Ancaq bu barədə az aşağıda.
Hələliksə Avropa İnsan Hüquqları Məhkəməsində erməni məhbusları təmsil edən nümayəndə Siranuş Saakyandan söz açaq.
Dünən o, “Azadlıq Radiosu”nun erməni bölməsinə bildirib ki, guya Azərbaycan həbsxanalarında saxlanılan erməni dustaqlar arasında “ağır xəsarət alan şəxslər haqqında məlumatlar daxil olub”.
Siranuşun iddiasına görə, məlumatı şəxsən yoxlaya bilməsə də (!!), “onun etibarlı olduğu və xəsarətlərin zorakılıq nəticəsində alındığı ehtimalı var” (Qəribədir deyilmi? Məlumatı dəqiqləşdirməyib, amma dəqiqliyinə az qala əmindir. Belə bir absurd yalnız erməni “vəkilin” dilindən........
