menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Unikal və fenomenal siyasətçi – onun “üçüncü müd

8 0
latest

Şişirtmə-filan deyil, gerçəkdən də ABŞ prezidenti Donald Tramp unikal və fenomenal şəxsdir.

O, indiyə qədər ABŞ prezident postunu tutan siyasi xadimlərin hamısından fərqlənir.

Tramp 4 illik ara ilə iki dəfə prezident seçilən ikinci şəxs olsa da, bir çox məziyyəti ilə həmin birinci şəxsdən - Qrover Klivlenddən də fərqli personadır.

Bir haşiyə: Qrover Klivlend və Donald Tramp ayrı-ayrı vaxtlarda iki dəfə dövlət başçısı seçildikləri üçün ABŞ-də prezident olmuş şəxslərin sayı 45-dir. Onların sıra sayı isə 47-dir. Klivlend 22-ci və 24-cü, Tramp isə 45-ci və 47-ci prezidentdir.

Donald Tramp ABŞ-də qubernator və ya senator (konqresmen) olmadan, siyasi isteblişmenə tamamilə kənardan, biznesdən gələrək prezident seçilən yeganə siyasətçidir.

İki dəfə sui-qəsdə məruz qalsa da, hər ikisindən sağ çıxan Trampa bu məsələdə çatan yoxdur. Ronald Reyqan istisna olmaqla sui-qəsdə məruz qalan digər ABŞ prezidentləri həlak olublar.

Donald Tramp xroniki şəkildə impiçment təhdidi ilə üzləşən yeganə prezidentdir. 2016-cı ildə birinci müddətə prezident seçildiyindən bəri elə il olmayıb ki, ABŞ Konqresində onun impiçment edilməsi barədə təşəbbüslər qaldırılmasın, söz-söhbət getməsin.

Ölkəsinin tarixində media ilə açıq-aşkar döyüşən, onlara nifrətini bariz........

© Müsavat