menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kiriyenkonun Azərbaycan əməliyyatı küçəyə çıxdı

41 0
27.08.2026

Rusiya səmasından Yekaterinburqa, Solovyovun efirindən diplomatik obyektimizə uzanan təhlükəli xətt təsadüf deyil

Hamısını Kreml edir! Rusiya normallaşa bilmir. Nə daxildə, nə qonşularla, nə də dünya ilə normal münasibət qurmaları alınmır.

Moskvada Azərbaycanın diplomatik nümayəndəliyinə məxsus qonaq evinin qarşısında baş verən son təxribat Rusiya–Azərbaycan münasibətlərində yaranmış gərginliyin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir. Artıq söhbət yalnız televiziya studiyalarında səsləndirilən təhqirlərdən, Z-blogerlərin hədələrindən, Azərbaycana qarşı yazılan sifarişli məqalələrdən getmir. Həftələrdir Rusiya informasiya məkanında qızışdırılan anti-Azərbaycan kampaniyası avqustun 27-də Moskva küçələrinə çıxarıldı.

Naməlum şəxslər – sonradan onların Limonov Partiyası ilə əlaqəli nasional-bolşeviklər olduğu bildirildi – qonaq evinin qarşısında “Əlinizi Rusiya vətəndaşlarından çəkin!”, “Rus qanı sizin əlinizdədir!”, “DTX işgəncə verir, Əliyev himayə edir!” məzmunlu plakatlar yerləşdiriblər.

Məkan təsadüfi deyil. Zaman təsadüfi deyil. Şüarlar da təsadüfi deyil.

Bu aksiya Rusiya televiziyalarında, radio və internet kanallarında son həftələr ərzində Azərbaycan əleyhinə səsləndirilən ittihamların küçə dilinə çevrilmiş formasıdır. Əvvəl televiziya studiyasında Azərbaycanı hədələdilər, sonra Bakıya desant çıxarmaqdan danışdılar, Azərbaycan rəhbərliyinin fiziki məhvini müzakirə etdilər, indi isə diplomatik obyektimizin qapısına gəlib çıxdılar.

Mən bir qəzetçi və siyasətlə maraqlanan vətəndaş olaraq əminəm: bu informasiya kampaniyasının da arxasında Sergey Kiriyenko dayanır! Kremlin daxili siyasət üzrə əsas kuratoru, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, ölkənin sabiq baş naziri olan o məşhur provokator.

Mən bu dəfə də baş verənlərin bir neçə küçə marjinalının özbaşına təşkil etdiyi təsadüfi aksiya olduğuna inanmıram.

Çünki Rusiyanın necə idarə edildiyini bilirəm. Moskvada hakimiyyətin xoşuna gəlməyən beş nəfər bir plakatla küçəyə çıxsa, həmin plakat açılmamış polis orada olur. Müharibə əleyhinə təkadamlıq piketlər bir neçə dəqiqə ərzində dağıdılır. Kremlə qarşı yazılmış bir cümləyə görə insanlar saxlanılır, dindirilir, həbsə göndərilir. Belə bir ölkədə radikal qrupun xarici dövlətin diplomatik obyektinin qarşısına gəlib rahat şəkildə aksiya keçirməsi və anti-Azərbaycan şüarları nümayiş etdirməsi “hakimiyyətin xəbəri olmayıb” izahına sığmır.

İki variant var: ya Rusiya hakimiyyəti öz paytaxtında vəziyyətə nəzarət edə bilmir, ya da baş verənlərə bilərəkdən şərait yaradır.

Hər iki variant Moskva üçün biabırçıdır. İkinci variant isə daha təhlükəlidir.

Sergey Kiriyenko uzun illərdir Rusiyanın daxili siyasi sistemini, ictimai təşkilatları, seçki mexanizmlərini, dövlətin ideoloji layihələrini və informasiya siyasətini idarə edən əsas fiqurlardan biridir. Kremlin “ictimai təşəbbüs”, “müstəqil ekspert”, “vətənpərvər fəal” adı altında dövriyyəyə buraxdığı qrupların hansı şəraitdə hərəkət etdiyini də yaxşı bilirik.........

© Müsavat