Zalda qalmamaq da olardımı?..
Məncə, Netanyahu BMT-nin sessiyasında çıxış edən zaman bizim nümayəndə heyətimiz zalı tərk edənlərin siyahısında olsaydı belə bu, böyük problem olmazdı, çünki söhbət İsrailə yox, bir adama münasibətdən gedir. Həm də yadımdadır, vaxtilə İsrail səfirlərindən biri gileylənirdi ki, həmişə BMT-də Fələstin məsələsilə bağlı bir şey müzakirə olunanda Bakı Təl-Əvivin əleyhinə səs verir. Elə Yerusəlim məsələsi də müzakirə olunanda da Bakı əleyhinə olmamışdımı? Əslində bu məsələnin bizim üçün bir isti-soyuğu yox idi, amma bəzən müsəlman ölkələrinə, xüsusən də qardaş Türkiyəyə qarşı gedə bilmirik axı...
Netanyahu Qəzzada törətdiklərinə görə hərbi cani elan olunub. O, Qəzzanı tamamilə dağıdıb, yerlə bir edib, indi bölgəni bərpa etmək üçün 35-70 milyard dollar tələb olunur. Kim ödəyəcək? Yoxsa Trampın yaratdığı Sülh Şurasımı? Əslində cənab Netanyahunun........
