Pezeşkian siyasətçiyə bənzəməyə başlayıb?
Etiraf edirəm ki, Pezeşkianla bağlı ümidlərimiz böyük idi. Bəlkə də yanlışlıq vardı burada – siyasi reallıqlar, konstitusion çərçivələr var burada, hansıları ki, aşmaq elə də asan deyil. Amma İran rejiminin yarıməsrlik tarixi ərzində vaxtaşırı hakimiyyətə gələn bu “islahatçılar” nəsə etməlidi, ya yox?
Əlbəttə əsas “rıçaqlar” mühafizəkarların əlindədir, onların nəyi olmasa da rejim üçün nəinki öz canlarından keçən, hətta minlərlə digər başlar kəsməyə hazır olan dəstələr var, amma prezidentin, parlament spikerinin belə dəstələri yoxdur.Ona görə də çox böyük ümidlərə qapılmağa dəyməz, fəqət, bir daha deyirik ki, hələ monolit beton divar təsiri bağışlayan İran hakimiyyətində bir gün axır çat yaranmalıdır. Hiss olunur ki, bu, artıq baş verir. ABŞ-la, İsraillə danışıqlar aparmağın tərəfdarları və bunun əlehydarları var və indi kimsə etiraz etmir ki, danışıqlar aparmaq istəyən dəstənin başında duranlardan biri........
