menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ermənilər özlərini daha 30 il geri atacaq, yoxsa

15 0
06.07.2026

Əvvəl başqa olayla bağlı kiçik qeydim olacaq. Dörd-beş övladın ola, amma heç biri dəfnində bilavasitə iştirak edə bilməyə, üstəgəl, fevralda öldürüləsən iyulda dəfn ediləsən- çox təəssüf, bəzən “böyük siyasət” həm də bu demək! Qibtə ediləsidirmi? Sizi bilmirəm, şəxsən etməzdim.

Ha çalışıram, amma ki, bir sözü heç cür deməyə bilmirəm: “böyük siyasəti” bu hala gətirənlər də çox hallarda elə “böyük siyasət” adamlarının özü olur, çünki hər şey başqa cür də ola bilərdi – tamam fərqli İran (düşməni İsrail Ermənistandan da kiçikdir, hətta Rusiyanın Moskva vilayəti bundan iki dəfə böyükdür, vur-tut, 10 milyon da əhalisi var), tamamilə fərqli dəfn mərasimləri də olardı bəzi “siyasət adamları”nın, nə edəsən, onlar özləri belə istəyir, bunu yaradırlar. Həm də ona görə ki, nə olsun, ölkə böyükdür, onu idarə edənlər, yönəldənlər məzmunca çox “kiçikdir”lər. Bəli, yalnız illər sonra məlum olur ki, kimə böyük, kiməsə kiçik siyasətçi deyilməlidir əslində.

Siyasətçilər olur həmvətənlilərinin uşaq kimi əlindən tutub seçməyi və ya seçilməyi öyrədirlər, elələri də olur bunun əksini edir, “siz bilməzsiniz, bacarmazsınız, əvəzinizə mən seçim edəcəm!” deyirlər.

Hansı böyük işdir? Yaxud hansı daha kiçik siyasətdir? Bilmirəm, zaman özü göstərəcək. Ömür vəfa etsə, biləcəyik ki, kəmiyyətcə böyük İrandakı rəhmətlik ruhani Xameneyi böyük siyasətçi idi, yoxsa ki, məsələn, kiçicik Ermənistandakı jurnalist Paşinyan? Mən hələ keyfiyyətcə daha üstün və perspektivli İsraili demirəm: yəhudilər, İran xalqı dünyanın ən qədim xalqlarındandılar, amam “mollalar” İranın xalqını lap qocaltdlar...

Keçək mətləbə. Etiraf edirəm ki, Alen Simonyana Paşinyan komandasında hökumət başçısına ən yaxın adam kimi baxırdım. Amma Simonyan təkcə bununla diqqət çəkmirdi, hökumət başçısına ideoloji dəstək verən bir adam idi, tez-tez, belə demək mümkünsə, Azərbaycan və ya türkiyəpərəst çıxışlar edir, açıqlamalar verirdi, bir növ,........

© Müsavat