Azərbaycanı “müştərək dövlətə” çevirməmişik ki?.
Sevilən jurnalist olmaq üçün gərək ya kortəbii şəkildə hakimiyyəti, yaxud da müxalifəti müdafiə edəsən. Bir az geniş müstəviyə çıxanda görürsən ki, bunu təkcə bizim hakimiyyətimiz və müxalifətimiz tələb etmir, digərləri də jurnalistlərdən daim bunu umurlar: bircə fərqlə ki, bir az ehtiyatla edirlər...
Nəyi deyirəm? Ötən günlərdə təsadüfən bir Avropa Şurası funksionerinin müsahibəsilə tanış oldum, bir az geçikmiş olsa da. Diqqət çəkən nədir?
Adam deyir ki, Laçın dəhlizi haqqında həqiqətən belə düşünürmüş, amma bircə dəfə olsun belə nəinki keçmiş Dağlıq Qarabağda, heç Ermənistanda da olmayıb! Öz tərəfimdən də qeyd edim ki, məncə bir xarici jurnalistin harada olmasının önəmi yoxdur, əsas odur ki, oradan vicdanlı, həqiqi bir material hazırlasın.
Təəssüflər ki, çox vaxt məhz bu meyar pozulur. Amma Avropa konteksində bu vaxta qədər müşahidə etdiklərim başqa nəticəyə sövq edir məni. Onların Azərbaycanla bağlı dediklərində həqiqi məqamlar həqiqətən çoxdur - əlbəttə ki, söhbət keçmiş Dağlıq Qarabağdan yox, başqa məqamlardan gedir.
Bu günlərdə “düşmən səsləri” (sovet vaxtının ifadəsidir, o vaxt əcnəbi kanalları belə adlandırırdılar!) bir keçmiş məmurumuzun əmlaklarını, mülklərini sadalayırdılar. Əlbəttə, nə istintaq orqanıyıq, nə də məhkəmə və hər deyiləni də həqiqət kimi qəbul etmirik. Amma hakimiyyət dairələri........
