Nikol Paşinyan, Naxçıvana tanklarla getməyimizi
2025-ci ilin 8 avqustunda baş tutan Vaşinqton razılaşmalarından sonra bəziləri sadəlövhlüklə Azərbaycanla Ermənistan arasında qarşıdurma mühitinin sona çatdığını israrla bildirirdilər. Hətta Ermənistana münasibətdə daha korrekt davranmağın zəruriliyindən bəhs edənlər, müəllif yazılarımıza, təhlillərimizə də irad bildirənlər tapılırdı.
Budur, ölkəmizin Prezidenti hakim partiyanın qurultayında növbəti dəfə ölkə ictimaiyyətini öz yaddaşını diri tutmağa, unutqan olmamağa səslədi. Sitat: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəhbərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın”.
Çox qiymətli xatırlatmalardır. Nikol Paşinyanı dövlət başçısından yaxşı kim tanıya bilər ki? Onun nə dərəcədə “sülhməramlı” olduğunu çox yaxşı bilir və dedikləri həm də Ermənistanın siyasi hakimiyyətinə, revanşist qüvvələrə xəbərdarlıqdır. Bunun səbəbi həm də odur ki, ötən 14 ay ərzində Nikol Paşinyan Vaşinqton razılaşmasından irəli........
