menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Mama-ginekoloqla Paşinyanın Ərəbkir davası və Az

15 0
18.05.2026

Ermənistanda Azərbaycanın 1992-93-cü illəri yaşanır. Hakimiyyətlə müxalifət arasında kəskin qarşıdurma özünün pik həddinə çatıb. Məğlub ölkə hələ də özünə gələ bilmir, üstəlik, xaricdəki katalizatorlar da Ermənistanda sabitliyin olmasında maraqlı deyillər, çünki planları pozulub, “bulanıq suda balıq tutmaq” vərdişlərindən əl çəkənə oxşamırlar.

Nikol Paşinyan hələ ki, dirəniş göstərir, amma anlayır ki, 7 iyun səddini aşmaq elə də asan olmayacaq. Paşinyan təkcə üzdə olan Robert Köçəryan kimi canilərlə, Samvel Karapetyan kimi konkret tapşırıqlarla Kaluqadan İrəvana gəlmiş iddiaçı ilə, “5-ci kolon”un liderləri ilə döyüşmür ki...Ermənistanın mövcud hakimiyyəti Rusiyanın da əsəblərini qazır, İranın da...Rusiyanın mövqeyi bəllidir, Avropa İttifaqı ilə, Makronla bu qədər isti qucaqlaşmanın axırının yaxşı olmayacağını, Cənubi Qafqazdakı Ermənistan qalasının əldən çıxacağını anlayır.

İran da uzun müddət idi Ermənistan ətrafında “qırmızı xətt” çəkmişdi, son aylar öz başının çarəsinin hayındadır. Amma iranlı ekspertin “ay haray, qoymayın, Paşinyan Kərki kəndini qaytarır, Ermənistan-İran magistralı Azərbaycanın nəzarətinə keçəcək”, şivəni də heç şübhəsiz, bəlli mərkəzlərin tezislərindən qaynaqlanır. İran Şurnuxu müsibətini unutmayıb, ona görə də Kərkiyə görə narahatdır. Amma həm də Ermənistan bu ölkənin radikalları üçün uzun onilliklər ərzində Azərbaycana qarşı təzyiq aləti rolunu oynayıb. Qarabağ, Şərqi Zəngəzur azad ediləndən sonra Qafanda açılan baş konsulluq da elə-belə deyildi. Üstəlik, Tramp marşrutu – Zəngəzur dəhlizi reallaşır. Amma İrandakı şovinistlər heç olmasa prezident Məsud Pezeşkianın məsləhətlərinə qulaq kəsilib, qonşuları ilə normal münasibətlər qurulmasına cəhd göstərmirlər. Rusiya və İranın Ermənistana bəlli münasibəti aydındır. Amma qəribəsi budur ki, Avropadakı bəzi çevrələr də Paşinyan hakimiyyətinə qarşı........

© Müsavat