menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İrəvanın mərkəzindəki ilanlar – Paşinyan niyə on

16 0
31.07.2026

“İt əl çəkdi, motal əl çəkmədi” misalı yenə də işə yarayır. Ermənistan rəhbərliyi neçə ildir ki, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edir və cəmiyyəti bu mövzuda artıq-əskik danışmamağa çağırır. Hər halda bağlı qapılar arxasında hansısa oyunlar oynadıqları şübhə doğurmasa da, sözdə bu mövqeni ifadə edirlər. Amma di gəl ki, ayrı-ayrı paytaxtlardakı ermənipərəstlər və “motallar” yenə də tutduqlarından əl çəkmək istəmirlər.

Budur, Avropa Parlamentinin deputatı Marina Mezur vaxtilə özünü “Qarabağın keçmiş dövlət naziri” adlandıran Artak Beqlaryanın rəhbərlik etdiyi qondarma “atsax ittifaqı”nın nümayəndə heyəti ilə İrəvanda keçirilən görüşün yekunlarına əsasən, Avropa Komissiyasına rəsmi məktub ünvanlayıb. Məktubda “qayıdış hüququ”ndan bəhs olunub. Avropa Komissiyasına ünvanladığı məktubda Mezur BMT-nin Beynəlxalq Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarına əsaslanaraq, “təxminən 150 min köçkün erməni”nin (?!-E.P.) “Dağlıq Qarabağa” təhlükəsiz, ləyaqətli və kollektiv qayıdış hüququnun təmin edilməsinə çağırıb.

Bu deputat Avropa Parlamentinin keçmiş deputatı və qurumun Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sabiq rəhbəridir. Vəzifəsində olduğu müddətdə Ermənistan-Azərbaycan münasibətləri, sərhəd gərginlikləri və sülh sazişi ilə bağlı birtərəfli bəyanatları ilə yadda qalıb. Azərbaycanla Ermənistan əməkdaşlığa başlayıb, paraflanmış sülhü imzalamağa hazırlaşırlar, amma Mezur kimilər kirimir.

Abırsızlığın, həyasızlığın da bir sərhəddi olar. Amma bu ifadə fransaəsilli Mezur kimilərinə aid deyil. Əvvəla, dünyanın gözü qarşısında Qarabağdakı 25-30 min erməni şələ-şüləsini yığışdırıb, Ermənistana köçüb. Azərbaycan dövləti həmin müddətdə........

© Müsavat