Qarabağ atları alman maşınını dizə gətirdi, TARİ
Qarabağ bu gün son dəqiqələrdə, uzatmalarda qazandığı qələbə ilə bir daha sübut etdi ki, bu komanda sonadək mübarizə aparmağı bacarır. Bu, sadəcə üç xal deyil, əzmin və inamın təntənəsidir. Ötən oyundan düzgün nəticə çıxaran Qurban Qurbanovun vaxtında və yerində etdiyi dəyişikliklər qalibiyyətin açarına çevrildi.
Çox rahatlıqla deyə bilərik ki, son 5 ildir ki, Qarabağ, sadəcə futbol oynamır, Azərbaycanın adını və ruhunu Avropanın ən böyük meydanlarında daşıyır. Qarabağ bu gün oyunu oxuyan, detallar üzərindən nəticə çıxaran və ən əsası, milli ruhu texniki ağıl ilə birləşdirən komandadır.
Bu il isə, Qarabağ futbol komandası daha böyük tarix yazmanın bir addımlığındadır, çempionlar liqasında son 24-lüyə qalmaq üçün cəmi bir matç qalır.
Liverpuldan alınacaq bir xal Qarabağın adını həm Avropa, həm də Azərbaycan futbol tarixinə növbəti dəfəə böük hərflərlə yazdıracaq.. İndiyə qədər topladığımız 10 xalın belə bu tarixi mərhələ üçün kifayət edə biləcəyini xatırlatmaqda fayda var, Qarabağ növbəti mərhələnin qapısını döymür, artıq o qapını aralayıb.
Atletiko Bilbao və Napoli matçlarında alınan ardıcıl məğlubiyyətlər,........
