menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Texnologiya dövründə təhsilin istiqaməti

23 0
06.05.2026

Dünya başqa, fərqli bir yöndə inkişaf edir. Ali təhsildə prioritetlər dəyişir. Humanitar fakultələr populyarlıqlarını zatən itirirdilər. Ancaq son beş ildə bu daha ciddi xarakter almağa başlayıb. Bunun səbəbi təkcə “zövqün dəyişməsi” deyil. Bu, struktur dəyişiklikdir.

Əvvəla, iqtisadiyyatın mərkəzi dəyişib. XX əsr xidmət və ideyalar üzərində qurulmuşdu, XXI əsr isə platformalar, alqoritmlər və texnoloji infrastrukturlar üzərində qurulur. Dəyər artıq mətn yazmaqdan çox, sistem qurmaqla yaranır. Məlumatı şərh etmək deyil, onu emal edən mexanizmi yaratmaq daha çox qazandırır.

İkincisi, texnologiya əmək bazarını sərtləşdirib. Süni intellekt, avtomatlaşdırma və rəqəmsallaşma humanitar sahələrin bir hissəsini sıxışdırır. Analitik yazı, tərcümə, hətta müəyyən səviyyədə jurnalistika artıq alqoritmlərlə rəqabət aparır. Amma mühəndislik – xüsusilə proqramlaşdırma, sistem dizaynı, enerji, robotika – bu alqoritmləri yaradan sahədir. Yəni oyun dəyişir: istifadəçi yox, qurucu olmaq ön plana keçir.

Üçüncüsü, dövlət siyasətləri və investisiya axını açıq şəkildə texnologiyaya yönəlib. ABŞ, Çin, Avropa – hamısı eyni........

© Modern.az