menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kınıfır

24 1
20.01.2026

Urfada, Cənub Şərqi Anadoluda ezamiyyətdə idim. Tarixi Mesopotamiya bölgəsinin Fərat və Dəclə çayları hövzəsində yerləşən Türkiyənin nəhəng GAP layihəsi haqda film çəkirdik. 1997-nin fevral-mart aylarıydı. Eyni tarixlərdə İbrahim Tatlıses də Urfada, doğulub böyüdüyü məmləkətində “Fırat” adlı serialın çəkilişinə başlamışdı. İbrahim bəylə yaxşı münasibətim vardı… 

Urfada olduğumuzu eşidib xəbər göndərərək bizi – məni və operatorum Humay Vəliyevi çəkiliş meydançasına dəvət etdi. Səs-küyə səbəb olmuş populyar bir dizi idi “Fırat”. Öyünmək istəyirdi yəqin bir az… Gəldik, seti çəkdik, müsahibə də götürdüm məşhur sənətçidən. Axşam məni sıra gecəsinə dəvət etdi.

Sıra gecələri uzun havalarla, türkülərin – xalq mahnılarının oxunduğu, elə oradaca yoğrulan çiy köftəli ziyafətin verildiyi bir ənənədir. Adətə görə hamı bardaş quraraq yerdə oturur. Gecənin bir saatında israrlara dayana bilməyən İbrahim Tatlıses mikrofonu aldı, ayağa qalxmadan o günə qədər heç eşitmədiyim, amma ömrü boyu unuda bilməyəcəyim bir........

© Modern.az