Dünyanın ən böyük milli AZƏRBAYCANLISI
Bu gün 1990-cı ilin 20 Yanvarından bizi düz 36 il ayırır. Bu rəqəm milyon illik tarix içində kiçik görünə bilər, amma Azərbaycan xalqının taleyi üçün ölçüyəgəlməz dərəcədə ağır və yüklüdür.
Bu 36 ilin hər ili, hər günü, hər anı yaddaşımıza zülmlə, qaranlıqla, ağrı ilə, qanla, itkilərlə, eyni zamanda dirənişlə, mübarizə ilə, qalibiyyətlə həkk olundu.
Elə bil zaman uzandı, illər ağırlaşdı, tarix sıxıldı və bu 36 il min ilə bərabər oldu.
Biz bu zaman kəsiyində zülmü də gördük, xəyanəti də tanıdıq. Ümidsizliyi yaşadıq, dirənişi öyrəndik.
Dövlətin sarsıldığı anları, xalqın sınmadığı məqamları müşahidə etdik.
Və sonda bir həqiqəti dərk etdik ki, xalqı, dövləti keçməkeşlərdən təsadüf çıxarmır.
Bu milləti yalnız milli adam xilas edə bilər.
*****
Adam var ki, həyatını yalnız öz rahatlığı kimi dərk edir, kölgəsindən uzağa baxa bilmir, taleyini öz maraqları içində keçirir.
Adam var ki, ad üçün yaşayır, məşhur olması üçün çalışır, alqışla nəfəs alır.
Adam da var ki, yaşamaq səbəbini özündə tapmır. Xalqının taleyi ilə nəfəs alır, ömrünü millətin ömrünə calayır. Özünü xalqın ağrısında, sevincində kəşf edir.
Bəzən sənə elə gəlir ki, belə adamlar güzgüyə baxanda belə özünü görmür, sənə baxır, xalqa baxır, Vətənin üzünü görür.
Dünyanın ən böyük milli azərbaycanlısı olmaq nə deməkdir?
Bu suala hər kəsin fərqli cavabı ola bilər və bu, təbiidir.
Amma dəqiq olan budur ki, milli olmaq kreslo ilə ölçülmür. Mili olmaq protokol dili ilə tanınmır, səs-küy və gurultu ilə dəyərləndirilmir.
Ən böyük milli azərbaycanlı çiyinlərində ağır, amma şərəfli bir yük daşıyandır.
O yükü daşımaq üçün fiziki güc yetərli deyil, ruh lazımdır, vicdan lazımdır.
Çünki fiziki güc də ruhdan doğur, ondan sonra........
