menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İnsan niyə tamahkarlıq, simasızlıq, yaltaqlıq, dələduzluğa, rüşvətxorluğa yuvarlanır?..-“Ölümün o üzünü görmür..”-I

19 0
05.10.2026

Bizi sosial şəbəkələrdən izləyin:

“İnsanın ölümdən əvvəl cavab verməli olduğu ən böyük suallardan biri “Mən bu dünyada nə qədər var-dövlət topladım?” yox, “Mən bu dünyada insanlığımı nə qədər qoruya bildim?..” sualıdır...”

 

-FİKİR SAVAŞI...-

 

“Hədəfdə vicdanlılardır...” başlıqlı ötən silsilə bəhsimizdə bu dünya həyatında azlıq təşkil edən insanların vicdanlı kəsiminin çoxluqda olan vicdansızlar qaraguruhunun hədəfində olmasından danışdıq. Həmin bəhsdə vicdanlıların çox vaxt maddi cəhətdən yoxsul olduğunu qeyd etdik...

 

Fəqət, çox vaxt insanın ən böyük faciəsi kasıb olması deyil. Ən böyük faciəsi — öləcəyini unutmasıdır.

 

Bəlkə də bu cümlə ilk baxışda qəribə səslənir. Axı insanın tamahı, yaltaqlığı, rüşvətxorluğu, oğurluğu, dələduzluğu, satqınlığı, xəyanətkarlığı, ikiüzlülüyü, simasızlığı, qorxaqlığı, saxtakarlığı ilə ölümün nə əlaqəsi var?

 

Çox böyük əlaqəsi var. Hətta bəlkə də düşündüyümüzdən daha böyük...

 

İnsan niyə başqasının haqqını yeyir? Niyə vəzifə sahibinin qarşısında əyilir, özündən aşağı gördüyünün qarşısında isə lovğalanır? Niyə həqiqəti bildiyi halda susur? Niyə haqsızlığa qarşı çıxmaq əvəzinə haqsızlığın sahibinə yaltaqlanır? Özü də çox vaxt  həmin haqsızın nəinki ətrafdakılara, onun özünə qarşı belə, haqsızlıqların, çirkinliklərin başında durduğunu bilə-bilə? Niyə bir tikə artıq çörək, bir kreslo, bir vəzifə, bir fəxri ad, bir mükafat, bir tender, bir imza, bir manat, bir ev, bir maşın, bir imtiyaz naminə vicdanını satışa çıxarır?..

 

Yalnız fitrətən vicdanlı, fədakar və mənəvi dayaqları möhkəm olan insanlar, qarşılaşdıqları bütün çətinliklərə, ehtiyaclara, hətta yoxsulluğa rəğmən harama, rüşvətə, oğurluğa, yalana, dələduzluğa, sələmə və digər çirkin əməllərə əl atmır, insanlara münasibətdə simasızlaşmır, öz mənliyini maddi qazanca satmırlar...

 

Belə insanlar maddi baxımdan yoxsullaşa bilərlər, amma mənən yoxsullaşmırlar. Süfrələri kasadlaşa bilər, amma vicdanları kasadlaşmır. Əllərindəki pul azala bilər, amma içlərindəki insanlıq tükənmir. Onlar mənəviyyatsızlığın çirkabına bulaşmamaq naminə bəzən dünya nemətlərindən belə, keçməyi bacarırlar...

 

Burada çox maraqlı, hətta ilk baxışda paradoksal görünən bir məqam da var: belə insanların hamısı mütləq ibadət əhli olmaya bilər. Hətta Allahın varlığına inanmayan, özünü ateist hesab edən insanlar arasında da son dərəcə vicdanlı, dürüst, fədakar və başqasının haqqına toxunmayan şəxslər var...

 

Deməli, vicdanın ilkin toxumu insana elə həmin bəzən böyüdükdə inanmadıqları Yaradan tərəfindən fitrətən verilə bilər. İnsan bəzən dini terminləri bilmədən də oğurluğun pis, yalanın çirkin, xəyanətin alçaqlıq, haqsızlığın zülm olduğunu hiss edir. O, Allahın varlığı məsələsində fərqli düşünə bilər, amma fitrətindəki mənəvi ölçü onu başqasının haqqını yeməkdən çəkindirə bilər...

 

Fəqət burada başqa bir həqiqət də var: fitrət təkbaşına kifayət etmir. Çünki insanın daxilində yaxşılığa meyl olduğu kimi, nəfs, tamah, qorxu, şöhrətpərəstlik, hakimiyyət hərisliyi və dünya sevgisi də var. Fitrət qorunmasa, tərbiyə olunmasa, mənəvi şüur və məsuliyyət hissi ilə möhkəmləndirilməsə, insanın daxilindəki yaxşılıq da zamanla tamahın, qorxunun və mənfəətin altında əzilə bilər.

 

Təəssüf ki, həqiqi mənada vicdanlı və fədakar insanların sayı çox vaxt cəmiyyətin bütününü dəyişəcək qədər çox olmur. Və bunun nəticəsi ağır olur. Belə olduqda cəmiyyətdə maddi qazanc və hakimiyyət imkanlarının əhəmiyyətli hissəsini mənəvi prinsiplərdən məhrum insanlar ələ keçirə bilirlər. Pulun, vəzifənin və səlahiyyətin qarşısında vicdan deyil, tamah........

© Moderator