SÖZÜM SİZƏDİR: NARAZI VƏ "ƏLİ PAYALI" VALİDEYNLƏR...
Səxavət TAĞLAR,
Əməkdar müəllim, Prezident mükafatçısı.
***
...Küçədə iki qadının söhbəti diqqətimi çəkdi.
Yanında VII-VIII siniflərdə oxuya biləcək oğlan uşağı olan ana o biri anaya deyirdI: "Müəllimə dedim ki, uşağımın sifətini cıraram, şikayət edib, sizi pis günə qoyaram..."
Peşə-məşğuliyyətimdənmi, nədənmi, ixtiyari olaraq onların söhbəti diqqətimi çəkdi. Məlum oldu ki, məktəbdə uşaq sinif yoldaşı ilə savaşıb. Bu əhvalat və ananın "...uşağımın sifətini cıraram, şikayət edib, sizi pis günə qoyaram" ifadəsi bütün varlığıma hakim kəsildi. Necə yəni, övlada, müəllimə, məktəbə bu nə münasibətdir?! Belə qarayaxmaların kökündə nə dayanır?!...........© Mia.az
