menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Həyatda tək adam idi ki, özümü ona borclu sayırdım

23 0
14.10.2026

Görkəmli ədəbiyyatşünas-alim, füzulişünas, şair, tərcüməçi, gözəl insan, vəfalı dost Ayaz Vəfalı dünyaya gözünü yumdu. Onun haqqında 2 il öncə yazdığım bu yazını paylaşmaqla ona Allahdan rəhmət diləyirəm:

Heç kimə maddi və mənəvi borcum yoxdur. On yeddi yaşımdan, yəni kənddən çıxandan, evimizdə şərt kəsmişdim ki, məndən narahat olmasınlar, özüm-özümü dolandıracağam. Beləliklə, tələbəliklə yanaşı, bir fəhlə həyatı yaşadım, qarşıma çıxan bütün müşkülləri, çətinlikləri özüm həll etdim. Üstümdə xırda zəhmətləri olan yaşlı yazıçı və alimlərimiz həyatdan köçüb gediblər. Amma onlara da borclu qalmamışdım, onlar haqqında da sözümü demişdim. Lakin həyat yolumun müəyyənləşməsində xidməti olan tək bir adam var ki, özümü ona borclu sayıram.

Onunla tanışlığımız 1967-ci ilin may ayından başlanır. 4-cü kurs tələbəsi idim, “Ədəbiyyat və incəsənət” qəzetində boş yer olduğunu deyən bir dostumun məsləhəti ilə qəzetin baş redaktoru Hüseyn Abbaszadənin qəbuluna getdim və qəzetdə işləmək istədiyimi bildirdim. O, hələ yaxından tanımadığım, adını ancaq mətbuatdan duyduğum Ayaz Vəfalını çağırdı və dedi: “Başqa iki nəfər də müraciət edib. Bunların üçünə də məqalə ver, qoy redaktə etsinlər. Hansının işini bəyənsən onu işə götürərik”.

Ayaz Vəfalı iki nəfərlə yanaşı, mənə də iri bir məqalə verdi. Hansısa kitab haqqında 24 səhifəlik resenziya idi. Yazını oxudum və artıq saydığım bütün parçaları ixtisar elədim, təhlilləri dəqiqləşdirdim, cümlələri düzəltdim. 5-6 səhifəlik normal bir rəy qaldı. İşimiz bitəndən sonra Ayaz Vəfalı yazıların 3-nü də gözdən keçirib bizi Hüseyn Abbaszadənin otağına apardı. Baş redaktor yazılara diqqətlə baxandan sonra o biri iki yazını kənara qoyub mənim oxuduğum yazını əlində qaldırıb “sən burda bir şey qoymamısan ki!” – dedi. Mən “Onu yalnız bu şəkildə qəzetə vermək olar” dedim. Hüseyn müəllim gülümsədi və Avazın rəyini soruşdu, Ayaz Vəfalı “Hüseyn müəllim, bu iki nəfər də savadlıdır, qələmləri var. Amma bu oğlanın başı var”, – dedi.

Bu sözlə mənim həyatımın yeni bir mərhələsi başladı. Hüseyn Abbaszadənin “sabahdan işə çıx!” sözləri mənim üçün bayram idi.

Bu vaxt universitetdə müəllimim olmuş Bəxtiyar Vahabzadə içəri girdi. Mənim nəyə gəldiyimlə maraqlanandan........

© axar