Hərəkatın və vəhşi kapitalizmin övladları...
Çoxdanın, neçə il bundan əvvəlin söhbətidir. O vaxt mən ailəvi yataqxanada 10-15 kvadrat metrlik bircə otaqda yaşayırdım, hansını ki, düşünürəm ətraflı təsvir etməyə ehtiyac yoxdur.
Qərəz, növbəti, adicə həftələrdən biridi, zibili atıb geri qayıdırdım. Binanın qabağında bir keçmiş "cəbhəçi”yə rast gəldim. Məni görən kimi qayıtdı ki, bəs, sənə halaldır!
Doğrusu, lap əvvəl heç nə başa düşmədim, amma, nəhayət, anladım ki, bu, mənə ona görə halallıq oxuyur ki, çoxundan fərqli olaraq hələ də bircə otaqda, yataqxanda yaşayıram!..
Yenə də bir söz demədim, ən müasir təcili yardım maşınına söykənib dayanan (deyəsən, onun sürücüsü idi!) "çəbhəçi”ni, necə deyərlər, acıqla süzüb "mənzilimə” qalxdım, hətta yalandan olsa belə "çıxaq, bir stəkan çay içək” də demədim, ona görə ki, bir cavab sualı ürəyimi deşirdi. O da bu idi ki, dostum, sən niyə dediyin "halallıq”la yaşamadın?
Bilirsiniz, hamı bilir ki, mən keçmiş hərəkatçı olmuşam, bunu indi də nəinki danmıram, heç vaxt belə fikrim də olmayıbdır.
İllər ərzində xeyli fədakar insanlar gördüm həmin o prosesdə. Amma onlar tamam çoxluq da deyildi, yox, əksinə, bunların çoxu həmin adamlar idi ki, AXC-yə qəbulun dayanması üçün dava döyür, "vəzifələrə yalnız "cəbhəçi”lər təyin olunsun” deyirdilər.
Yəni dediyim budur ki, "inqilabı fanatlar edir” söhbəti də tamamilə düzgün deyil, nədənsə bu "fanatlar” heç vaxt özlərini unutmurdu- özü də bütün........
