menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Dialoq mədəniyyəti və dövlət iradəsi: Azərbaycanın beynəlxalq mövqeyi

32 0
31.10.2026
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müasir dünya ziddiyyətlərin, müharibələrin, geosiyasi qarşıdurmaların və etimad böhranının dərinləşdiyi mürəkkəb bir mərhələdən keçir. Belə bir şəraitdə mədəniyyətlərarası dialoq yalnız fikir mübadiləsi deyil, həm də qarşıdurmaların qarşısını almaq, xalqlar arasında anlaşmanı gücləndirmək və ortaq gələcəyin əsaslarını yaratmaq vasitəsidir.

Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı ildə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın bu məsələlərə münasibətini, tarixi təcrübəsini və beynəlxalq mövqeyini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının mesajı aydın idi: milli dəyərlərə sədaqət, dövlət suverenliyinə hörmət, beynəlxalq hüququn aliliyi və qarşılıqlı anlaşma dayanıqlı sülhün əsas şərtləridir.

2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan forum ötən illər ərzində mühüm beynəlxalq platformaya çevrilib. Bu il 100-dən artıq ölkədən iştirakçıların qatıldığı tədbir Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına verdiyi töhfənin göstəricisidir. Forumun davamlılığı onu göstərir ki, ölkəmiz bu istiqaməti təsadüfi təşəbbüs kimi deyil, dövlət siyasətinin mühüm tərkib hissəsi kimi qəbul edir.

Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və dinlərin təmas məkanı olub. Lakin ölkəmizin təcrübəsini fərqləndirən yalnız coğrafi mövqeyi deyil, müxtəlifliyi milli birliyin tərkib hissəsinə çevirə bilməsidir. Cəmiyyətimizdə qarşılıqlı hörmət, dini və etnik dözümlülük, ümumi dövlətçilik maraqları ətrafında birləşmək ənənəsi formalaşıb.

Prezident İlham Əliyevin çıxışında azərbaycançılıq ideyasının birləşdirici gücünə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Ermənistanın hərbi təcavüzü və işğalı dövründə, xüsusilə İkinci Qarabağ müharibəsində müxtəlif etnik və dini qrupların nümayəndələrinin vahid məqsəd uğrunda mübarizə aparması milli həmrəyliyin ən parlaq təzahürlərindən biri oldu. “Dəmir yumruq” həm hərbi qələbənin, həm də xalqın ümumi iradəsinin rəmzinə çevrildi.

Bu təcrübə göstərdi ki, milli birlik dövlətin ən böyük strateji sərvətlərindəndir. Cəmiyyətdəki fərqliliklər qarşıdurma səbəbinə deyil, ortaq məqsədlər ətrafında birləşmək imkanına çevrildikdə ölkənin sabitliyi və inkişafı üçün möhkəm zəmin........

© Qaynar