31 mart - yaddaşdan silinməyən qanlı tarix
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz qoymuş, qanla yazılmış bir faciənin simvoludur. Bu günə yalnız anım günü kimi yanaşmamalıyıq, həm də həqiqətin, ədalətin və milli yaddaşın qorunması günü kimi qəbul etməliyik.
1998-ci ildən etibarən ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş fərmanla 31 mart dövlət səviyyəsində qeyd olunur. Bu qərar uzun illər gizlədilən, üzərinə pərdə çəkilən həqiqətlərin üzə çıxarılması istiqamətində tarixi bir dönüş nöqtəsi oldu. Ulu Öndər bu məsuliyyətin miqyasını belə ifadə edirdi:
"Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq... nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”
Bu çağırış təkcə bir dövr üçün deyil, bütün zamanlar üçün aktual........
