menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ərbakandan Ərdoğana: Qarşıdurmadan hakimiyyətə

41 0
25.09.2026

Tarixçi alim, professor Mim Kemal Ökenin Türkiyədə din, ordu və dövlət münasibətlərinə həsr etdiyi əsərlər ölkənin siyasi modernləşməsinin mühüm ziddiyyətlərindən birini önə çıxarır - Türkiyə siyasətini yalnız partiyalar və seçkilərlə izah etmək mümkün deyil.

“Din-Ordu Gerilimi”, “Derviş ve Komutan” kimi əsərlərində Öke dövlət, ordu və din arasındakı gərginliyin Türkiyənin siyasi inkişafına təsirini araşdırırdı. Çünki bu ölkədə siyasətin görünən səhnəsinin arxasında daha dərin bir mübarizə gedirdi-dövlət özünü necə müəyyənləşdirir, dinə hansı sərhədləri çəkir, cəmiyyət isə dəyişən tələblərini siyasi sistemə necə daşıyır?

Bu baxımdan 28 Fevral prosesi Türkiyənin siyasi tarixində mühüm dönüş nöqtələrindən biri oldu.

1995-ci il parlament seçkilərində Rifah Partiyası ən çox səs topladı. 1996-cı ildə Nəcməddin Ərbakan baş nazirliyə gəldi. Lakin hökumətin siyasi xətti ilə dövlətin dünyəvi xarakterinə dair təhlükəsizlik yanaşmaları arasındakı gərginlik sürətlə dərinləşdi. 28 fevral 1997-ci ildə Milli Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar artıq dərinləşən qarşıdurmanı daha da kəskinləşdirdi. Bir neçə ay sonra Ərbakan istefa verdi, 1998-ci ildə isə Rifah Partiyası Konstitusiya Məhkəməsi tərəfindən bağlandı.

Amma məsələ bir hökumətin süqutu ilə bitmədi. Əksinə, daha fundamental sual ortaya çıxdı - siyasi-dini ənənə dövlətlə münasibətini necə dəyişməli idi?

Bəzən qapını bağlamaq ideyanı öldürmür. Sadəcə onu başqa qapı axtarmağa məcbur edir.

28 Fevraldan sonra həmin ənənənin qarşısında iki yol vardı: sistemlə açıq qarşıdurmanı davam etdirmək, yaxud sistemin daxilində yeni siyasi dil, yeni........

© Qaynar